Qarabağ qazisi Nadir Edilovun yardıma ehtiyacı var!

0
16

Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa,  bu azadlığın da əsas obyekti Vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nədə satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına, igid oğul və qızlarının canı bahasına əldə edir.

Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Bu torpagın neçə – neçə igid ogul-qızları vardır. Bu gün sizə qəhrəman bir ailədən, daha dogrusu bir nəslin bizə əmanət olan qəhrəman oğlu haqqında söhbət açacağıq.

 Edilov Nadir Yelmar oğlu 1972ci il noyabrın 5 – də Agdam rayonunun Əlimədədli kəndində anadan doğulub. O, Azərbaycanın Milli Qəhrəmanı Edilov Yelmar Şahlar oğlunun özü ilə çiyin – çiyinə döyüşən dörd oğludnan biridir. Birinci Qarabağ müharibəsinin qorxmaz qəhrəmanı 1996-cı ilə qədər  Azərbaycan Müdafiə Nazirliyinin “N”saylı hərbi bissəsinin 7-ci Taborunun kəşfiyyat bölüyündə döyüşüb. Şiddətli döyüşlər zamanı Nadir düşmənlə üz – üzə gəlir, idarə etdiyi tankla vurularaq ağır yaralanır. Bədəninin müxtəlif nahiyyələrindən agr yaralanaraq  yanıq xəsarətləri alır Söhbət əsnasında valideynlərindən söz açan Nadir onların qəhrəmanlıqlarından fəxrlə danışdı. Atası Edilov Yelmar Şahlar oğlu Vətən savaşının fəallarından olmuş, torpaqlarımızın yağı düşmənin ələ keçməməsi üçün  vuruşmuşdur.1994 ci ilin aprelində torpaqlarımızın butovlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. Y. Edilov, Ulu öndərimiz Heydər Əliyevin Fərmanı ilə 1994 -cü ildə Vətənin  ərazi bütövlüyünün  qorunmasında göstərdiyi misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür. Qəhrəmanımızın anası Quliyeva Reyhan Aslan qızı agır döyüşlərdə dörd oğlu ilə bərabər, çiyin-çiyinə vuruşmuşdur. Ulu öndərin göstərişi ilə Quliyeva Reyhan Tabor komandiri təyin olunur. Ağdamın bir neçə kəndinin  azad olunmasında ogulları ilə birlikdə şücaət göstərir.Nadir özü də bu döyüşlərdə dəfələrlə yaralanır.

O qanlı döyüşlərdən artıq neçə illərdir keçib. Nadir indi nə sux qamətli, nədə saglam Nadirdir. Acınacaqlı şəraitdə yaşayan qəhrəmanım Nadir indi yataq xəstəsidir.Acınacaqlı şəraitdə yaşayan qəhrəmanımız Nadir aldığı 480 AZN-lə həm yaşadığı mənzilin kirayə pulunu ödəyir, həm də iki azyaşlı uşaqlarına baxır. Nadir indi bizlərdən kömək istəyir. Dəfələrlə əməliyyat olunmağına baxmayaraq sağlamlığı bərpa olunmur. Hazır yaşayış sahəsilə təmin olunması ilə bağlı biz də aidiyyati qurumlara səslənirik: Biz təkcə Qarabağ qazisinin deyil, həm də şəhid  Milli qəhrəmanımız Yelmar Edilov və onun ömür-gün yoldaşı Reyhan Quliyevanın yadigarı olan Nadirə kömək etməliyik.

                                                    Şamil Sabiroğlu,

                                                     Sona

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code