İrəvandan İstanbula 77, Bakıdan isə 241 manat – AZAL YENƏ SEÇİLDİ

0
10

Türkiyə hökuməti “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə uçuşların həyata keçirilməsinə icazə verib.

Görəsən, uçuş qiymətlərinin bileti neçəyə olacaq?

ABC.AZ xəbər verir ki, İrəvandan İstanbula bileti 77 manata əldə etmək mümkün olacaq. Azərbaycandakı qiymət isə hər kəsi təəccübləndirməyə bilməz.

Bakıdan İstanbula fevralın 2-ə ən ucuz bilet 241 manatdır. Bakıdan İstanbula ən ucuz aviabilet təqdim edən “AnadoluJET” aviaşirkəti, İravandan İstanbula isə “FlyON” aviaşirkətidir. AZAL-ın rəsmi səhifəsində isə müvafiq reys üzrə, öz təyyarəsi ilə isə bu tarixə 289.3 manat təşkil edəcək.

Beləliklə, hazırda Cənubi Qafqazda ən bahalı uçuşlar Azərbaycandadır. Ölkəmizdəki aviabiletlər həm Ermənistandan, həm də Gürcüstandan xeyli bahadır.

Qeyd edək ki, bu barədə xəbər sosial şəbəkələrdə AZAL rəhbəri Cahangir Əsgərovun sərt tənqidinə səbəb olub.

 

Gununsesi.info

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code