“Cin çıxarma”nın növbəti qurbanı – Arvadını “hoca”nın yanına aparan kişi dəhşət yaşadı

0
32

Ankarada yaşanan olay hər kəsi heyrətə salıb. Psixoloji problemləri olduğu üçün həyat yoldaşını özünü “hoca” kimi qələmə verən şəxsin yanına aparan Səlcuq Təkin saxlanılıb. Onun şeytan çıxarma seansı zamanı arvadı Özge Nur Tekinin kürəyinə 100 zərbə vurması faciə ilə nəticələnib.

Medonline.az haberler.com-a istinadən xəbər verir ki, qadın aldığı zərbələrdən ölüb.

Saxlanılaraq məhkəmə nəzarəti ilə sərbəst buraxılan Səlcuq Təkin, ata Cemal Efe, anası Hatun Efe, qayınanası Zöhre Tekin, kupa ustası Sevim Özbaş və sözdə müəllim olan Erdal Kayaya qarşı iddia qaldırılıb.

Məlumata görə, cin çıxaran Erdal Kaya kişiyə “arvadını cinlər təqib edib, dediklərimi etsən onu xilas edəcəm” deyib. Tekin sözlərinə belə davam edib: “Əvvəlcə telefonla namaz qıldı, həyat yoldaşım sakit halda baxırdı. Sonra hiss edilən bir şəkildə dua oxuyarkən 100 dəfə arvadımın kürəyinə və baldırına sancaq vurmasımı istədi. “Bu arada “çıx çölə cin” deyirdi” deyə kişi xatırlayıb..

İstintaq Prokurorluq istintaqı yekunlaşdırdıqdan sonra Səlcuq Təkinə qarşı “arvadına qəsdən xəsarət yetirmək nəticəsində ölümə səbəb olmaq” və digər 5 nəfərə qarşı “cinayətdə iştirak etmək” ittihamı ilə barələrində həbs qətimkan tədbiri seçib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code