Maddələr mübadiləsinin pozulmasının 7 əsas səbəbi…- Dietoloq

0
13
Bir çox hallarda yavaş metabolizm irsi faktor və ya xəstəliyin deyil, pis qidalanmanın nəticəsi olur.
 
Medonline.az  lenta.ru-ya istinadla xəbər verir ki,  bu fikri  rusiyalı dietoloq Svetlana Fus  söyləyib.
 
Mütəxəssisin sözlərinə görə, maddələr mübadiləsinin pozulmasının 7 əsas səbəbi var.
 
1. Səhər yeməyi yeməmək;
2. Kifayət qədər  maye qəbul etməmək;
3.  Qeyri-müntəzəm qida qəbulu;
4. Bir  dəfəyə həddindən çox yemək;
5. Əsas yemək kimi şam yeməyinin olması;
 6. Natamam yuxu;
  7. Stress.
 
Mütəxəssislər bu cür problemləri olan insanlara qida rasionuna daha çox tərəvəz, taxıl məhsulları və meyvə əlavə etməyi məsləhət görür. Bu qidalar pəhrizin üçdə ikisini təşkil etməlidir.
 
“Onlar bağırsaqların normal fəaliyyəti, orqanizmin detoksifikasiyası (zəhərli maddələrdən təmizlənməsi) üçün ən yaxşı köməkçilər  və vacib minerallar, vitaminlər və lif mənbəyidir”- deyə dietoloq bildirib.
 
O, həmçinin daha çox su içməyi və mümkünsə şirniyyatları, nişastalı qidaları, “fastfud”ları və  yarımfabrikatları azaltmağı məsləhət görüb.
 
Mütəxəssisin sözlərinə görə, yeməkdən sonra toxluq hissi təxminən 4 saat davam etməli, gündə qida qəbulunun sayı isə 3-4 olmalıdır. Bu, şiddətli aclıqdan və nəticədə həddindən artıq yeməkdən qaçınmağa kömək edəcəkdir.
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code