MƏDƏNİYYƏT
Azərbaycanın Əməkdar artisti VƏFAT ETDİ – FOTO

Azərbaycanın Əməkdar artisti Novruz Qartal vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Akademik Musiqili Teatrın əməkdaşı Əjdər Dadaşov məlumat verib.
Xatırladaq ki, 74 yaşlı əməkdar artist bir müddətdir ki, xərçəng xəstəliyindən müalicə olunurdu.
Allah rəhmət eləsin!