Qənirə Paşayevaya “Simurq2021” mükafatı təqdim olunub

0
44

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya “Simurq2021” mükafatı təqdim olunub.

“Bey Design Group” və “Fortuna Media”nın birgə təsis etdiyi “Simurq2021” mükafatını Komitə sədrinə “Bey Design Group” şirkətinin təsisçisi və direktoru Azər Abdullayev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İB-nin sədrinin İdeoloji işlər üzrə müşaviri, şair-publisist Nəsibə İsrafilqızı, “Sahibkar Qadınlar” İB Təşkilat Komitəsinin sədri, “Star Kids Group” şirkətinin direktoru Aygün Əliyeva təqdim edib.
Qeyd olunub ki, mükafat Q.Paşayeva 2021-ci il üzrə aktiv ictimai fəaliyyəti, mədəniyyət işçiləri və incəsənət xadimlərinin qaldırdığı müxtəlif məsələlərə operativ reaksiyası və yaradıcılıq uğurlarına görə verilir.
Q.Paşayeva tanınmış mədəniyyət, incəsənəıt xadimləri, nüfuzlu ziyalılarla birgə onu da “Simurq2021” mükafatı ilə təltif edən münsiflər heyətinə, mükafatın təsisçilərinə təşəkkürünü bildirib.
Təqdimatda “NƏFƏS” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code