“Üç oğlum da narkotik istifadəçisidir”- biri həbsdədir, biri öldü, biri də…

0
7

Bakıda narkotik istifadəçiləri arasında başlayan mübahisə ölümlə nəticələnib. Dava edən tərəflər daha sonra birlikdə şəhərdə gəziblər, dönər yeyiblər, narkotik maddə qəbul ediblər, həmin gecəni də birlikdə keçiriblər. Bir sutka sonra davada xəsarət alan şəxs vəfat edib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan adam ölümünə səbəb olmaqda ittiham olunan İbad Quliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən İbad Quliyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ölümə səbəb olduqa) maddəsi ilə ittiham olunaraq 9 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs İbad Quliyev narkotik vasitə istifadəçisi olub. Mərhum Ehtiram Hüseynov da narkotik vasitə istifadəsinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Hadisə baş verən gün də onlar narkotikdən istifadə ediblər.

Onların hər ikisi narkotik vasitədən xilas olmaq üçün müəlicə alırmışlar. Tanışlıqları Respublika Narkoloji Mərkəzində olub. Mərkəzdə onlara metodon suyu verilirmiş. İbad və Ehtiramdan başqa mərkəzə Ağa adlı şəxs də gəlirmiş. Bir müddət sonra onlar arasında münasibət yaranıb. Birlikdə narkotik vasitə də qəbul etməyə başlayıblar.

Bir müddət sonra Ağa ilə Ehtiram arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Ağanın mobil telefonu və elektroşok cihazının itməsi olub. Ağa buna görə Ehtiramdan şübhə etməyə başlayıb.

Təqsirləndirilən İbad tərəflər arasındakı mübahisəyə bir neçə dəfə şahidlik edib. Sonuncu dəfə onlar mərkəzə metadon suyu qəbul etməyə gələndə Ağa ilə Ehtiram yenidən mübahisə edib. Ağa telefonunu və elektroşokunu tələb edib. Ehtiram isə onda olmadığını deyib və Ağanı təhqir edib.

İbad Quliyev deyir ki, mübahisəyə müdaxilə edərək onları sakitləşdirmək istəyib. Bu zaman Ehtiram hər kəsin yanında onu söydüyü üçün yumruqla bir zərbə vurub. İbadın dediyinə görə yumruq zərbəsi Ehtiramın boğazından dəyib və onun qıcolması tutub. Yerə yıxılan zaman başı asfalta dəyib.

Üzünə su vurduqdan sonra Ehtiram ayılıb, amma halsız vəziyyətdə olub. Sonra üçü birlikdə şəhərdə gəzməyə gediblər. Ehtiramın maşınını Ağa sürüb. Yolda Ehtiramın narkotik vasitəsindən də çəkiblər. Həmin gün Ehtiram da narkotik vasitənin təsiri altında olub. Müalicə almağa gedən tanışlar birlikdə narkotik çəkiblər. Yolda Ağa və İbad dönər də yeyib. Amma Ehtiram halı olmadığı üçün dönər istəməyib. Onlar birlikdə “Sovetski”yə gediblər. Bir gecə birlikdə qalıblar, araq da içiblər. Səhər Ehtiramı başqa tanışları ilə evə yola salıblar. Həmin gün də Ehtiram ölüb.

İttiham isə belədir ki, Ehtiram İbadın vurduğu çoxsaylı yumruq zərbələri nəticəsində ölüb. Ekspert rəyində göstərilir ki, mərhum Ehtiram Həsənov baş nahiyəsindən aldığı zərbələr nəticəsində təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar əmələ gəlib. Bu da onun ölümü ilə nəticələnib.

Məhkəmədə məlum olub ki, mərhumun qardaşı da narkotik vasitə istifadəçisi olub. Hadisə baş verən gün o həbsxanada imiş. Hüquqi varis kimi tanınan şəxs qardaşını öldürməkdə ittiham edilən İbad Quliyevdən şikayətçi olmadığını söyləyib.

Mərhumun anasının ifadəsindən məlum olub ki, onun 3 oğlan övladı olub. Onların üçü də narkotik vasitə istifadəçisi olub. Övladlarəından biri hazırda narkotik itihamı ilə həbsdədir.

Onun sözlərinə görə, oğlu Ehtiram narkotik istifadəçisi olduğu üçün ailəsi dağılıq. Onun azyaşlı övladı da var.

Hüquqi varisin ifadəsindən telefon və elektrok şok cihazəına görə başlayan mübahisənin təfərrüatı məlum olub: “Mən Ehtirama kreditə telefon götürmüşdüm. Bir gün gördüm ki, telefon yoxdur. Həmin ərəfədə Ehtiram Nərmin adlı qızla tanış olmuşdu. Onu da gətirib bizdə saxlayırdı. Nərmin də narkotik istifadəçisinə oxşayırdı. Ehtiram dedi ki, Ağa adlı şəxs onun telefonunu götürüb. Mən Nərmindən bunun necə baş verdiyini soruşdum. Dedi ki, Ağa Ehtiramın telefonunu götürdüyü üçün onlar da Ağanın telefonunu və elektroşok cihazını götürüb. Ehtiram da bunu təsdiqlədi. Ehtiram onlardan qorxduğunu da dedi. Bir dəfə də onlardan canını qurtarmaq üçün qollarını kəsmişdi”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code