Şagirdlər arasında xəstəlik artır- Dərslər distanta keçəcək? – Təhsil Nazirliyindən Açıqlama

0
35

Hazırda ölkədə fəaliyyət göstərən orta təhsil ocaqlarında şagirdlər arasında yoluxma halları artıb. Müəyyən məktəblərin siniflərində şagirdlər arasında yoluxma simptomları (yüksək hərarət, öskürək və s.) müşahidə edilir. xəbər verir ki, bu vəziyyət valideynlərin haqlı narazılığına səbəb olub. Virusa yoluxan şagirdlər ənənəvi tədrisi davam etdirərək digər məktəbli yoldaşlarını da yoluxdururlar. Vəziyyət belə olan halda sual yaranır: bu cür məktəbələrdə ənənəvi tədris yenidən distant təhsillə əvəz oluna bilərmi?

Mövzu ilə bağlı Təhsil Nazirliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov saytımıza açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq qaydalara uyğun olaraq ümumtəhsil müəssisələrində təhsilalan və təhsilverənlər arasında COVİD-19-a yoluxma halları baş verdikdə yoluxmanın miqyasından asılı olaraq Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı ilə tədrisin forması dəyişdirilərək distanta keçirilir.

Onun sözlərinə görə, hazırda ölkədə mövcud olan 60 000 sinfin cəmi 28-i və 4 400-dən artıq məktəbin cəmi biri distant formada tədris aparır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code