Həbsdəki generalın gizli əmlakları ortaya çıxarıldı – faktlar

0
48

Zərərçəkənlər Mövlam Şıxəliyevin gözqamaşdıran mülklərini müəyyən edib; “Bunları bizdən qopardığı pullarla alıb, geri qaytarsın!”

Bakı Hərbi Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir.

İş üzrə Baş Prokurorluğun İstintaq İdarəsində 5 ilə yaxın istintaq aparılıb, 32 zərərçəkən müəyyən olunub, dünyasını dəyişən 4 zərərçəkənin hüquqi varisi müəyyən olunaraq tanınıb.

İttiham aktına görə istintaq zamanı 36 zərərçəkənə 20 milyon manatdan artıq ziyan vurulduğu təsbit olunub. 4 təqsirləndirilən şəxsdən ikisinin – Mövlam Şıxəliyevlə Yasin Məmmədovun əmlaklarının üzərinə həbs qoyulub.

İstintaqın digər 2 təqsirləndirilən şəxsin əmlaklarının üzərinə həbs qoymamasının səbəbi bilinmir.

Mövlam Şıxəliyevin 7 milyon 738 minlik, Yasin Məmmədovun 278 minlik əmlakına həbs qoyulub

Mövlam Şıxəliyevin ümumi dəyəri 7 milyon 738 min 170 manatlıq, Yasin Məmmədovun isə 278 min 600 manatlıq əmlakları xüsusi müsadirəyə təklif olunub.

Bəs zərərçəkənlərə 12 milyon manat hansı mənbədən ödəniləcək?

Bu o deməkdir ki, zərərçəkənlərə dəyən ziyanın 12 milyonluq hissəsinin hansı mənbədən ödənəcəyi aydın deyil. Bu baxımdan zərərçəkənlərin təqsirləndirilən şəxslərin əmlaklarının tam olaraq müəyyənləşdirilməsi tələbləri haqlı görünür. Onlar xüsusilə Mövlam Şıxəliyevin əmlaklarının müəyyən olunmasına çalışır, müstəqil şəkildə araşdırma aparırlar.

Zərərçəkənlər araşdırma apardı, Mövlam Şıxəliyevin gizli qalan əmlaklarının siyahısını hazırladılar

Həbsdəki general Türkiyədəki və Dubaydakı biznesini zərərçəkənlərə  bağışlayır FOTO VİDEO - Istiqamet

Zərərçəkənlərdən Hüseyn Səfərov “Yeni Müsavat”a deyib ki, artıq bu istiqamətdə atdıqları addımların nəticəsi var.

Hüseyn Səfərov digər zərərçəkənlərlə bərabər bir çox ünvanlarda Mövlam Şıxəliyevin əmlaklarını müəyyən etdiklərini deyib.

O bildirib ki, istintaq onlara vurulan ziyanı ödəmək üçün tədbir görməlidir: “Bu gün Mövlam Şixəliyevin ailəsi 3 nəfərdən ibarətdir. Özü də, ailə üzvləri də Ağdaşda anadan olublar. Gəlin baxaq, bu adamın özünün, arvadının, oğlunun, qızının adına nələr var və nə vaxt alıblar? Eldar Mahmudov vəzifəyə gələndən sonra Mövlam Şıxəliyevi də özü ilə MTN-ə gətirdi. Bundan sonra Mövlam Şıxəliyev oldu böyük bir əmlak sahibi. MTN biznes strukturu idi? Mövlam Şıxəliyev adlı biznesmen tanıyan var bu ölkədə? Aybəniz Knyaz qızı Şıxəliyeva adlı biznesmen qadını necə, tanıyan var?

Hələ bu harasıdır?

Samirə, Elgün Şıxəliyevləri iş adamı, sahibkar kimi tanıyan neçə nəfər var bu ölkədə?

Yoxdur, ola da bilməz.  Çünki bütün əmlaklar mənim kimi iş adamlarının talanmasından əldə olunan gəlirlər hesabına əldə edilib. İstintaq isə əmlakların müəyyən edilməsinə başdansovdu yanaşıb. Deyirəm, qoy hamı da bilsin! Araşdırsınlar, biz zərərçəkənlərin zərərini ödəyəcək qədər əmlakları var bunların, ortaya çıxarsınlar. Mövlam Şıxəliyev rayonda bazarda “uçastkovı” işləyib. Bakıdakı bazarda işləsəydi belə, o qədər var-dövlət yığa bilməzdi. Bir “uçastkovı” göstərin ki, bunun sərvəti qədər sərvəti olsun! Bunun biznesinin sorağı Dubaydan, Praqadan, Türkiyədən gəlir. Bakının göbəyində, “Tarqovı”da hara baxırsan bunun evi, bunun obyektləridir.

Özü, Mövlam Məmmədismayıl oğlu Şıxəliyev 7 oktyabr 1958-ci ildə Ağdaşda anadan olub. 2004-cü ildə baş quldur Eldar Mahmudov vəzifəyə gələndə bunu da yedəyində MTN-ə gətirib. 2008-ci ilin martında da MTN-in İstintaq Baş İdarəsinə rəis təyin edib. Elə həmin ilin sentyabrında artıq Vüsal Ələkbərovla əlbir olub sahibkarlara hücuma keçiblər. Haradan başlayıblar? Əlbəttə ki, banklardan! Başlayıblar “Texnikabank”dan, konkret olaraq Bakı filialından. Filialda kimin əmanəti vardısa, onun, ailə üzvlərinin başına oyun açdılar, pullarını da aldılar, filialdakı əmanətlərindən də imtinaya imza atdırıb ələ keçirdilər.

Belə hərəkətləri bir deyil, iki deyil.   

Onun adına olan əmlaklar bunlardır:

Səbayel rayonu, Nizami küçəsi, ev 78 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 39 ünvanında yerləşən 198.1 kv.m sahəsi olan daşınmaz əmlak;

Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən 35 kv.m sahəsi olan zirzəmi;

Nizami rayonu, Qara Qarayev prospekti, 39 a ünvanında yerləşən daşınmaz əmlak;

Nəsimi rayonu, Nizami küçəsi, ev 78, mənzil 6 ünvanında yerləşən daşınmaz əmlak;

Binəqədi rayonu, 7-ci mikrorayon, ev 9/25, mənzil 63 ünvanında yerləşən daşınmaz əmlak;

Binəqədi rayonu, Goradil kəndi, 690 a ünvanında yerləşən daşınmaz əmlak;

İsmayıllı rayonu, İstisu kəndində yerləşən daşınmaz əmlak.

Onun arvadı Aybəniz Knyaz qızı Şıxəliyeva da 7 oktyabr 1961-ci ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Ağdaş şəhəri, 20 Yanvar küçəsi, ev 7 a ünvanında yerləşən 74,97 kv.m sahəsi olan daşınmaz əmlak;

Ağdaş şəhəri, H.Hacıyev küçəsi, ev 26 ünvanında yerləşən 197 kv.m əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 k ünvanında yerləşən daşınmaz əmlak;

Nəsimi rayonu, Nizami küçəsi, ev 93, mənzil 21 ünvanında yerləşən daşınmaz əmlak;

Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 134 a ünvanında yerləşən 403.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 10 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 40 ünvanında yerləşən 137.7 kv.m sahəsi olan daşınmaz əmlak;

Onun qızı, Samirə Şıxəliyeva (Əliyeva) da 1 yanvar 1986-cı ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7, mənzil 72 ünvanında yerləşən 167.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 686 ünvanında yerləşən 214.3 kv.m sahəsi olan daşınmaz əmlak;

Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 685 V ünvanında yerləşən 1087.7 kv. m sahəsi olan daşınmaz əmlak;

Onun oğlu Elgün Mövlam oğlu Şıxəliyev də 9 may 1984-cü ildə Ağdaşda anadan olub.

Onun adına olan əmlaklar bunlardır:

Bakı şəhəri, Səbayel rayonu, Nizami küçəsi, ev 96, mənzil 37 ünvanında yerləşən daşınmaz əmlak;

Bakı şəhəri, Səbayel rayonu, Bülbül prospekti, ev 7 ünvanında yerləşən daşınmaz əmlak.

“Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan hansı əmlaklar olub?

Biz zərərçəkənlər “Sahil” metrosunun üstündəki dəbdəbəli binada istintaqın diqqətindən yayınan 2 obyekti, 3 mənzilini ortaya çıxarmışıq. Novxanıda 2 imarətini, “Torqovı”da obyektlərini, mənzillərini də müəyyən etmişik. Bakıdakı məşhur “Praqa” restoranı, onun altındakı market də bunundur. Metronun “Qara Qarayev”, “Neftçilər”, “Xalqlar Dostluğu” stansiyalarının ətrafında bunun mebel mağazaları şəbəkəsi var. Hamısı da bacısı oğlunun adına “oformit” eləyib. 

Bu hələ tam siyahı deyil. Onun rayonlarda, ölkənin xaricində də xeyli əmlakları var və bizlər araşdırma aparırıq.  Mövlam Şıxəliyev biz zərərçəkənlərə vurduğu maddi və mənəvi ziyanı axırıncı qəpiyinə qədər ödəməlidir. Bu işdə bizlər Azərbaycan dövlətinə arxalanırıq, istəyimiz də budur ki, baş prokuror Kamran Əliyev bizlərə qarşı baş verən cinayətlərin tam olaraq araşdırılmasına maraqlı olsun. Cinayəti və cinayətkarları məsuliyyətdən kənar qoymasınlar. Nəhayət ki, haqq-ədalət bərqərar olmalıdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code