Hacı Nurana vəzifə verildi

0
55

“Həyat” fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynova vəzifə verilib.

Medonline.az xəbər verir ki, o, Azərbaycan Alpaqut Federasiyasının İctimai məsələlər üzrə vitse-prezidenti seçilib.

Bu barədə sosial şəbəkədə məlumat yayan aparıcı qeyd edib ki, Federasiyasının İdarə Heyətinin qərarı ilə qərar qüvvəyə minib.

“Türksoylu xalqların ortaq mədəniyyətini inkişaf etdirən yeganə idman təşkilatı olan bu qurumun əsası hələ 2008-ci ildə qoyulub. Tez-tez müxtəlif turnirlə təşkil edən Federasiya türkdilli xalqların idmançılarını bir rinqə cəlb edən yeganə mərkəzdir. Azərbaycan Alpaqut Federasiyası məni də sıralarına aldığı üçün özümü şanslı hesab edirəm. İdmançı kimi yox, ictimaiyyətlə əlaqələr şöbəsinin rəsmisi kimi. Belə ki, Azərbaycan Alqaput Federasiyasının Prezidentinin əmrinə əsasən, mən Federasiyaya ictimai məsələlər üzrə vitse-prezident təyin olundum. Gözlənilməz, olduqca xoş sürpriz oldu. İçimdə qəribə bir sevinc, fərəh var. Mənə görə hər bir vəzifə insan üçün yeni bir məsuliyyət, yeni bir imtahan deməkdir. İndiyədək mənə həvalə olunan hər bir işi tam məsuliyyətimlə vicdanla yerinə yetirmişəm. Ümidvaram ki, bu dəfə də Allah məni utandırmaz”, – Hacı Nuran paylaşımında qeyd edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code