Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: “Vahid paket tamamlanır”

0
63

“İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir”.

Medonline.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

O əlavə edib ki, Rusiya rabitə blokunun açılması prosesinin birbaşa iştirakçısıdır.

“Söhbət mahiyyət etibarı ilə hər iki ölkənin dinc yanaşı yaşamasından konkret praktiki faydalar əldə etmək imkanından gedir. Biz, birgə infrastruktur təşəbbüslərinin parametrlərinin işlənib hazırlanmasının tezliklə başa çatdırılmasına və konkret layihələrin işə salınmasına diqqət yetiririk”, – Rudenko vurğulayıb.

 

O xatırladıb ki, 2021-ci il yanvarın 11-də Moskvada keçirilən üçtərəfli görüşdə Ermənistan, Rusiya və Azərbaycan liderləri üç ölkənin baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İşçi qrup dəmir yolu və avtomobil kommunikasiyalarının bərpası üçün hazırlıq işləri görüb və 2021-ci il noyabrın 26-da Soçidə üç ölkə liderinin razılaşmaları ilə birgə işə təkan verilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code