2021-ci il: İlham Əliyevin dərin strategiyası və əldə etdiyimiz nəticələr

0
47

Postmünaqişə dövrünün ilk ili olaraq yadda qalan 2021-ci ildə nələr yaşandı? İlin yekunlarına nəzər saldıqda Azərbaycanın siyasi uğurları və əldə etdiyi nəticələr kifayət qədər əhəmiyyətlidir.

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirə keçirdi. Müşavirə həm Vətən müharibəsində qələbə qazandığımız ötən illə bağlı xalqa hesabat vermək, həm də növbəti ildə atılacaq addımların anonsu baxımından əhəmiyyətli idi.

Azəerbaycan lideri bu müşavirədə həm də müharibədən sonra xalqın ən çox üzərində dayandığı sualı cavablandırdı: Xankəndi Azərbaycan torpağıdır;

Prezident bununla çoxsaylı suallara aydınlıq gətirdim və mesaj verdi ki, bölgədə Azərbaycanın suverenliyinə qarşı təhdidlərə qarşı “Dəmir Yumruq” yenidən işə düşəcək.

11 yanvarda Rusiya və Azərbaycan prezidentləri, o cümlədən, Ermənistan baş nazirinin Moskvada keçirilən üçtərəfli görüşü tərəflərin müharibədən sonra ilk canlı təması və Bakının diktəsi ilə yadda qaldı. Görüşdə kommunikasiyanın açılması ilə bağlı üçtərəfli bəyanat imzalandı və Azərbaycanın postmünaqişə dövrü ilə bağlı mövqeyi qəbul olundu. Görüşlə bağlı diqqətçəkən məqamlardan biri Ermənistan mediasının yazdıqları idi.

Ermənistanın “Hraparak” qəzetinin diplomatik mənbələrə istinadən yazırdı ki, “Moskva bəyanatının ilkin mətni 5 maddədən ibarət olub. Maddələrdən biri məhkumlar (əsirlər) və itkin düşmüş şəxslərlə bağlı idi, lakin görüş zaman İlham Əliyev bu maddəni mətndən çıxarıb və yalnız Azərbaycanın maraqlarına uyğun formada saxlanılmasına nail olub”.

Müharibədə qalib gələn Bakı ilk diplomatik masadan da qalib ayrıldı.

Yanvarın 14-də Prezident azad edilmiş Şuşaya ilk dəfə səfər etdi. Bu səfər azad edilmiş ərazilərin bərpası istiqamətində mühüm başlanğıc, siyasi mesajların verilməsi və münaqişənin də, müharibənin də Azərbaycanın qələbəsi ilə başa çatması baxımından xüsusilə əhəmiyyət kəsb edirdi.

21 yanvarda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında imzalanan Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalandı. Bu, Xəzər dənizində əməkdaşlığın, Azərbaycan və Türkmənistan münasibətlərinin, eləcə də hər iki ölkənin siyasi-iqtisadi dividentlər qazanmasının stimullaşdırılması baxımından tarixi addım idi. Və eyni zamanda, Azərbaycan və Türkiyənin irəliyə doğru apardığı türk dünyasının birləşməsi istiqamətində əhəmiyyətli gedişlərdən biri idi. Türkmənistanın Türk Dövlətləri Təşkilatına üzv olması da bunu deməyə əsas verir.

Yanvarın 30-da Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başladı. Bu, 10 noyabr razılaşmasının 5-ci maddəsinin icrası və Azərbaycan liderinin bölgədə həyata keçirdiyi strateguiyanın nəticəsi idi.

Mart ayında Prezident İlham Əliyev Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqəsini Zəngəzur dəhlizi elan etdi və bununla tarixi addımlarından birini atdı.

Aprel ayında Prezident İlham Əliyev ADA-da keçirilən beynəlxalq konfransda tarixi torpağımız olan İrəvana və Zəngəzura qayıdacağımızın mesajını verdi. Bu, müharibədən sonra Azərbaycan dövlətinin yeni strateji hədəfinin də açıqlanması idi.

Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarı bülbül” musiqi festivalının açılışı oldu. Prezident İlham Əliyevin iştirak etdiyi festival azad edilən torpaqlarımıza həyatın qayıtdığının nişanəsi idi.

Festival Azərbaycanın “yumşaq güc” (soft power) diplomatiyasında da əhəmiyyətli yer tuturdu: müharibənin bitdiyini və torpaqlarımızı azad etdiyimizi nümayiş etdirmək; xarici qonaqların, o cümlədən, işğaldan azad edilmiş ərazilərə xarici investorların cəlb edilməsi prosesinə zəmin hazırlamaq, çünki xarici kapital üçün ilk növbədə təhlükəsiz mühit lazımdır, bunu praktiki olaraq mədəni tədbirlərin keçirilməsi ilə göstərmək mümkündür; bu, indiki dövrdə işğaldan azad edilmiş ərazilərin bərpası prosesində iştirak edəcək xarici şirkətlərə hesablanıb və s.

Festivalda etnik azlıqların milli folklorları ilə çıxış etməsi də əsas məqamlardan idi.

Birincisi: Azərbaycanın çoxmillətli, çoxkonfensiyalı ölkə olduğu Şuşadan nümayiş etdirildi;

İkincisi: “Biz daim birlikdəyik, döyüşdə də, bayramda da” mesajı verildi;

Üçüncüsü və ən mühümü: Azərbaycanın birgəyaşayış modeli dünyaya və Qarabağdakı ermənilərə Xankəndinin dibində, erməni əhalinin gözləri önündə göstərildi;

Bu, Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı, Xankəndinin Azərbaycan torpağı olduğu, statusun olmayacağı, Dağlıq Qarabağ adlı ərazi vahidinin olmadığı, “Rusiya sülhməramlıları Azərbaycan ərazisindədir” mövqeyinin davamı idi.

15 iyunda Azərbaycan tarixində ən mühüm hadisələrdən biri yaşandı. Prezident İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Şuşada “Şuşa bəyannəməsini” imzaladılar. İki qardaş arasında bütün sahələrdə dərin əməkdaşlığı ehtiva edən müqaviləyə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bu müqavil Azərbaycan liderinin son 100 illik tariximizdə əldə etdiyi mühüm nəticələrdən biri və gələcəyə hesablanmış strateji gedişi idi.

7 iyulda Prezident İlham Əliyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmçan imzaladı. Fərmanda iki tarixi məqam da yer alır: Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Beləliklə, sülhməramlıların nəzarətindəki Xankəndi, Xocalı və Xocavənd rayonu ilə bağlı müharibədən sonra ilk rəsmi qərar qəbul olundu və bu fərman ən vacib məsələyə dair rəsmi qərarın verilməsi hesab oluna bilər:

– Qarabağın “statusunun” olmayacağı rəsmi sənədlə təsdiq olunur;
– Xankəndi, Xocalı və Xocavənddə yaşayan ermənilər yalnız Azərbaycan vətəndaşı kimi bölgədə yaşaya bilərlər;

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması Azərbaycan dövlətinin Qərbi Zəngəzura qayıdış hədəfinin də rəsmi elan edilməsi hesab oluna bilər. Əliyev dövlətin gələcək strategiyasını açıq elan edir.

Prezident İlham Əliyev bu fərmanla 100 il sonra tarixi ədaləti bərpa etdi.

Bütün bunlarla yanaşı, Azərbaycan işğa dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpası istiqamətində də mühüm addımlar atdı. Bu addımlardan biri də Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometrliyində gömrük postunun qurulması idi. Bu gedişlər Azərbaycan bütün region ölkələrinə suverenliyimizə qarşı təhdidləri aradan qaldıracağının mesajını verdi.

26 oktyabrda Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. İlham Əliyevlə Ərdoğanın birgə açdığı hava limanı iqtisadi və siyasi baxımdan böyük əhəmiyyətə malikdir.

Noyabrın 26-da Soçi görüşü keçirildi və bu görüş Prezident İlham Əliyevin diktə etdiyi gündəliyin qəbul edilməsi ilə nəticələndi: Sərhədin delimitasiya və demarkasiyası üzrə ikitərəfli komissiyasının yaradılması, o cümlədən, kommunikasiyanın açılması ilə bağlı razılaşma əldə olundu;

Dekabrın 15-də keçirilən Brüssel görüşündən də Azərbaycan lideri qalib ayrıldı: postmünaqişə dövrünün reallıqları Avropa masasında da qəbul etdirildi və Brüssel də Bakının gündəliyi ilə eyni mövqedən çıxış etdi.

Son bir ildə baş verənlər Prezident İlham Əliyevin milli maraqlarımızın müdafiə edilməsi və mühüm nəticələrə nail olması baxımından zəngin hadisələrlə yadda qaldı.

Azərbaycan Prezidenti ölkəmizin beynəlxalq nüfuzunun güclənməsi ilə bağlı da mühüm addımlar atdı: Rusiyaya edilən səfərlər, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə iştirak və Türk Dövlətləri Təşkilatının yaradılmasında əhəmiyyətli rol oynamaq, İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfəri, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə (dekabr) səfəri və s;

Bununla yanaşı, 2021-ci il Azərbaycan Covid-19 pandemiyası ilə mübarizədə qlobal əhəmiyyətli addımları ilə də yadda qaldı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code