2022-Qarabağa qayıdış ili…

0
79

Tofiq Abbasov: “Hamımızın arzusudur ki, insanlarımız öz doğma torpaqlarına tez qayıtsınlar”

Ötən həftə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynovun “Prezident: Zəfərə davam, zəfərə inam” adlı tədbirdə çıxışı zamanı  söylədikləri diqqət çəkib.

Sitat: “Keçmiş məcburi köçkünlərin hansı hissəsinin evlə təmin olunması və hansı hissəsinin hələ də müvəqqəti yaşayış məntəqələrində yaşaması barədə məlumat var”.

Onun sözlərinə görə, hər bir yaşayış məntəqəsi üzrə böyük qayıdış prosesi başlayarkən bunlar nəzərə alınacaq. “Bununla bağlı xüsusi işçi qrup fəaliyyət göstərir. Onlar böyük qayıdışla bağlı həm iqtisadi, həm sosial, həm də hüquqi işlərlə bağlı məsələləri araşdırırlar. Əminəm ki, növbəti proses ərzində bu iş yekunlaşacaq. Böyük qayıdışın hazırlıq mərhələsinə keçəcəyik”, – deyə o qeyd edib.

Tələbələr Qarabağda pulsuz da işləyə bilərlər” - Millət vəkili Aqil Abbas -  Ajmedia.info

Aqil Abbas 

Parlamentin son iclasında isə deputat Aqil Abbas gənclərin Qarabağdakı quruculuq işlərinə cəlb edilməsinin vacibliyindən danışıb. O, Qarabağda böyük işlərin görüldüyünü bildirib: “Bərpa olunmuş işlər göz qabağındadır. Hesab edirəm ki, tələbə inşaat dəstələri yenidən bərpa olunmalıdır”.

A.Abbas deyib ki, vaxtilə gənclərimiz Baykal-Amur Magistralında işləməyə gedirdilər: “Bu gün mövcud olan on minə qədər işçi qüvvəsi kiçik rəqəm deyil. Gənclər və İdman Nazirliyindən xahiş edirəm. Yaya qədər vaxt var. Gəncləri, tələbələri Qarabağa cəlb etsinlər. Azərbaycan və Qarabağ üçün işçi lazımdır. Bu gün orada işçi çatışmır. 300-400 manat versəniz, gedib işləyəcəklər. Necə ki, ölümə getdilər, eləcə də işləməyə gedəcəklər”.

Biz onların fəaliyyətini qəbul etmirik - Tofiq Abbasov

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a açıqlamasında hər kəsi səbirli olmağa çağırdı: “Burada əsas məsələ ondan ibarətdir ki, biz qayıtmaq istəyində olsaq da belə, bunu bir aya, yaxud bir ilə reallaşdıra bilmərik. ”Böyük qayıdış”ın həm də böyük ideoloji tərəfləri, ciddi parametrləri var. Bu məsələləri həll etməkdən ötrü həm də böyük vəsaitlər lazımdır. Çünki o torpaqlarda minalar yerləşdirilib. Qarabağa “Böyük qayıdış” planını ürəklə reallaşdırmaq istəyiriksə, vətəndaşlarımıza orada elə bir şərait yaratmalıyıq ki, onlar çətinliklərlə, təhlükələrlə üz-üzə qalmasınlar. Ona görə də bu proseslərdə tələskənliyə qətiyyən yol vermək olmaz. Əlbəttə, hamımızın ürəyindən keçən odur ki, insanlarımız öz doğma torpaqlarına qayıtsınlar. Amma onlar hara və necə qayıdacaqlar, bu, çox böyük bir məsələdir, çoxlu sayda suallar doğurur. Unutmayaq ki, düşmən orada daşı daş üstünə qoymayıb. Xarabalığa döndərdikləri yerləri yenidən qurmaq lazımdır. Minalar, kommunikasiyaların dağıdılması ilə bağlı saysız-hesabsız işlər görülməlidir. Tutaq ki, insanlar ora qayıtdılar, lap minalardan o yerlər təmizlənib, amma bu heç nə demək deyil axı, insanlar orada necə yaşayacaqlar? Əsas bu sualın cavabıdır. Öz təminatlarını necə tapacaqları da hələ məlum deyil. Hələ ki yaşayış üçün şərait yoxdur. Bu reallığı qəbul etməliyik. Məsələyə bütün baxış bucaqlarından baxmalıyıq. Hamımız bilirik ki, insanlar mütləq o yerlərə qayıdıb yaşamalıdırlar. Amma bunun üçün onların şəraitləri də olmalıdır.  Heç olmasa, minimum şərait yaradılmalıdır ki, insanlar geriyə qayıda bilsinlər, özləri yaşayıb-yaratsınlar. Bunun üçün də təbii ki, infrastruktur lazımdır. “Böyük qayıdış” planımız olsa da, bu o demək deyil ki, bu məsələdə özümüzü tələsdirməliyik. Sadəcə, proseslərin hamısını tezliklə həll etməyə çalışmalıyıq”.

Ekspert ümidsizliyə qapılmağa gərək görmür: “Zaman müəyyən dərəcədə planın gerçəkləşməsi baxımından uzana bilər. Amma bu, ümidsizliyə qapılmağa əsas verə bilməz. Hərbi kampaniyanı biz udmuşuq, məkrli düşməni çökdürmüşük, onu təslim etmişik. Bu baxımdan niyə də ümidsizliyə qapılaq? Qayıdışa qədər bu ümidsizlik var idi, indi bundan sonra ola bilməz. Çünki sözünü deyən tərəfik. Dünya birliyi qarşısında mövqeyimizi ortaya qoymuşuq. Qalib xalqda nə üçün ümidsizlik olmalıdır? Biz dünya birliyinə çatdırmışıq ki, haqq işində qalib gəlmişik. Artıq hər kəs tərəfindən bu torpaqların bizə məxsus olduğu qəbul olunub. Düşmən və onun havadarları dünya birliyinə yalançı, böhtan xarakterli məlumatlar çatdırmağa çalışırdılar, həmin torpaqların guya onlara məxsus olduğunu deyirdirlər. İndi bu yerlərin əsas sahiblərinin geri qayıtdığını 44 günlük savaşda bütün dünya gördü. OradaHazırladı: Cavanşir ABBASLI
“Yeni Müsavat” Azərbaycan vətəndaşları yaşamalıdır. Bununla bağlı bütün prosedurlar həyata keçiriləcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code