Hökumətlərə inamsızlıq və dezinformasiya – Bill Qeyts 2022-ci ilin əsas problemlərini açıqladı…

0
13

Bill Qeyts 2022-ci ildən söz düşdükdə demək olar ki, gələcəyə ümidlə baxır. Çünki o, pandemiyanın sonunun yaxınlaşdığına inanır. Buna baxmayaraq, “Microsoft”un yaradıcısını narahat edən bəzi məqamlar var: onun fikrincə, ən böyük təhlükə sosial şəbəkələrdə yayılan dezinformasiya və cəmiyyətin hökumətlərə inamsızlığıdır. Bu da böyük layihələrin həyata keçirilməsinə mane ola bilər.

Medonline.az bildirir ki, bu barədə “CNBC” nəşri yazır.

Bu yaxınlarda Qeyts öz bloqunda “Çətin ildən sonra nikbinliyin səbəbləri” başlıqlı yazı yerləşdirib. Orada o, bir neçə sevindirici proqnozlar verib – koronavirus pandemiyasının potensial olaraq bitəcəyindən tutmuş virtual məkanın çiçəklənməsinə qədər.

Bununla bərabər, onun fikrincə, bu irəliləyişə konkret bir problem mane ola bilər: insanların hökumətlərə inamsızlığı. “2022-ci ildə məni ən çox narahat edən məsələlərdən biri də budur”, – deyə Qeyts bildirib. “Microsoft”un yaradıcısının fikrincə, dövlət qurumları qlobal istiləşmə ilə mübarizədə əsas oyunçuya çevrilməli və yeni pandemiyanın qarşısını almalıdır. Eyni zamanda onlar yalnız insanların onlara güvəndiyi təqdirdə uğur qazana biləcəklər. “Əgər xalqınız sizə güvənməsə, böyük yeni təşəbbüsləri dəstəkləməyəcəklər. Buna görə də ciddi bir böhran baş verəcəyi təqdirdə onların fırtınanın qarşısını almaq üçün lazım olan göstərişlərə əməl etmək ehtimalı azdır”, – de Qeyts vurğulayıb.

Bu cür inamsızlıq pandemiyanın başlanmasından qısa müddət sonra xüsusilə özünü büruzə verdi: koronavirusla bağlı dezinformasiya həm ABŞ-da, həm də bütün dünyada fəal şəkildə yayılırdı ki, bu da ölkədə peyvəndlənmə göstəricilərinin sayının azalmasına və pandemiya üzərində qələbənin gecikməsinə səbəb olur.

Qeyts həmçinin bildirib ki, hökumətə artan ictimai inamsızlıq əsasən siyasi qərəzli başlıqlar və sosial media fəaliyyətləri ilə bağlıdır. O, hökumətlərə dezinformasiyaya qarşı mübarizə üçün onlayn platformaları daha fəal şəkildə tənzimləməyi təklif edib.

Milyarderin sözlərinə görə, bu problemi tez bir zamanda həll etmək son dərəcə vacibdir. Qeyts qorxur ki, təcili müdaxilə olmasa, amerikalılar inamsızlığı açıq-aşkar təbliğ edən siyasətçiləri seçə bilərlər. Eyni zamanda Qeyts bu problemin həllinin son dərəcə çətin olduğunu başa düşür və gələcəkdə necə hərəkət edəcəyini bilmədiyini də etiraf edir: “Burada mən adəti üzrə problemi necə həll edə biləcəyimizə dair fikirlərimi bölüşürəm. Amma əslində cavabım yoxdur. Başqalarının ideyalarını, xüsusən də gənclər arasında üzə çıxan fikirləri axtarmağa və öyrənməyə davam etməyi planlaşdırıram. Ümid edirəm ki, internetdə yetişən nəsillər sosial şəbəkələrdə bu qədər dərin kök salmış problemin həlli ilə bağlı yeni ideyalar irəli sürəcəklər”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code