“Belə müğənnilər jurnalistlərin adını batırırlar…”

0
13

“Müğənnilər indi sayt açıb, qazanc mənbəyi kimi istifadə etməyə başlayıblar. Hətta bir müğənni tanıyıram ki, 3 sayt alıb, amma heç kimə demir ki, bu onun saytıdır. Biri haqqında yazır, onu vurur və ödənişlə o yazıları silir. Bu çox tanınmış müğənnidir”.

Bu sözləri Medonline.az-a aparıcı Nazilə Səfərli bildirib: 

“O müğənniyə deyəndə ki, bunu yanlış yazmısan belə olmaz, deyir ki, o şantajı silmək ödənişlidir. Hansı ki, o insanın ümumilikdə jurnalistikadan xəbəri yoxdur. Bu müğənnilər jurnalistlərin adını batırırlar. Bir qisim də var ki, həqiqətən media nümayəndəsidir. Amma vuranda qərəzli vurmur. Onu reytinq üçün edir. Bu gün  7-dən 77-yə hər kəs İnstagramdadır. Bu da o deməkdir ki, İnstagramı ciddiyə almaq, ciddi media kimi yanaşmaq lazımdır”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code