2022-ci il üçün pandemiya proqnozları

0
250

Rusiya Səhiyyə Nazirliyinin Qamaleya Milli Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin şöbə müdiri Aleksandr Butenko “İzvestiya”ya müsahibəsində koronavirus pandemiyasının başa çatması üçün iki ssenari açıqlayıb.

Medonline.az Rusiya mətbuatına istinadən xəbər verir ki, onun sözlərinə görə, pandemiyanın sonu əhalinin immun təbəqəsindən və virusun mutagenliyindən asılı olacaq. O qeyd edib ki, infeksiya yüksək mutasiya qabiliyyətinə malikdir, lakin belə proseslər heç də həmişə virusun patogenliyinin artmasına səbəb olmur. O izah edib ki, bəzən mutasiyalar virusu zəiflətməyə çalışır.

“Mutasiyalar nəticəsində virusun patogenlik xüsusiyyətlərindən məhrum olması elmə məlumdur. Ola bilər ki, COVID-19 da eyni ssenari ilə davam etsin”, – Butenko vurğulayıb.

Mütəxəssis əlavə edib ki, koronavirus pandemiyasının bitməsinin ikinci mümkün ssenarisi virusun yaşamaq üçün yerinin olmamasıdır. Nə qədər çox insan COVID-19-dan sağ çıxsa və ya peyvənd olunsa, infeksiyanın çoxalması və mutasiyaya uğraması üçün bir o qədər yer azalır.

Genom mühəndisliyi laboratoriyasının rəhbəri Pavel Volçkov isə deyib ki, pandemiya gələn il də davam edəcək, lakin çox güman ki, kulminasiya nöqtəsini keçib. Buna görə də, 2022-ci il ölümlərin və infeksiyaların sayı baxımından daha az dramatik olmalıdır.

İmmunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov bildirib ki, koronavirusa yoluxmuş şəxslər sağaldıqdan sonra iki ay idmanla məşğul olmamalıdırlar. Mütəxəssisin sözlərinə görə, koronavirusdan sonra bəzi insanlarda miokardit yaranır, ona görə də hər hansı fiziki fəaliyyətdən çəkinməlidirlər.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code