Leyla Əhmədova bundan sonra Rusiya Federasiyası “Birlik” Konqresinin Prezidenti olaraq fəaliyyət göstərəcək!

0
43

34 ildir Rusiya Federasiyasının Rostov vilayətində yaşayan Leyla Şəmşi qızı Əhmədova sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Əslən Gürcüstandan olan bu xanım 3 övlad anasıdır. Leyla Əhmədova həm də Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, bu Təşkilatın Rostov vilayətində səlahiyyətli nümayəndəsidir. Milli vətənpərvərlik ruhunda tədbirlər keçirən L.Əhmədova indiyədək Azərbaycan həqiqətlərinin, o cümlədən də, Xocalı soyqırımının tanıdılması üçün əllərindən gələni əsirgəməyib. Bu yaxınlarda L.Əhmədova RF  “Azərbaycanlıların Hüquq və Qanuni Mənafelərinin Müdafiəsi üzrə Regionlararası “Birlik” (Yedinstvo) Konqresi”nin Prezidenti seçilib. Xatırladıram ki, bu günə kimi “Birlik”(Yedinstvo) Konqresinin rəhbəri Mirkazım Seyidov olub.

Dəyərli Leyla Əhmədovanı növbəti uğur münasibətilə təbrik edir, ən xoş arzularımızı bildiririk.

                                      Şamil Sabiroğlu,

Azərbaycan Respublikası  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru.

 

                                 26.12.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code