Prokurorluq Bakıdakı dəhşətli hadisə barədə məlumat yaydı

0
58

Nəsimi Rayon Prokurorluğu Bakıda qadının qətli ilə bağlı məlumat yayıb.

Prokurorluqdan Medonline.az-a daxil olan məlumatda deyilir:

“Dekabrın 23-ü saat 13 radələrində paytaxtın Nəsimi rayonunda kirayədə yaşadığı evdə 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin oğlu, 1989-cu il təvəllüdlü Samir Cəfərovun birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Bəsti Cəfərovanın boğaz nahiyəsinə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Samir Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code