Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib

0
96

Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Dövlət Başçısı cənab İlham Əliyevin doğum günü ilə əlaqədar tədbir keçirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi və Ağcabədi Regional İdarəsi Əli Quliyev adına 1 nömrəli Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə hazırlanan tədbiri Təşkilatın sədri, medonline.az və sabiroghlu.com saytlarının baş redaktoru, müharibə veteranı Şamil Sabiroğlu açdı. Dahi şəxsiyyət Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyünün bərpası zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Prezidentin ömür yolu barədə qısa videoçarx nümayiş olundu.

ADPU-nun nəzdində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin rəhbəri Tahir Süleymanov Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı, Prezident İlham Əliyevin fəaliyyəti haqqında iştirakçıarına məlumat verdi. Tahir müəllim qeyd etdi ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində zəbt edilən ərazilərin böyük bir hissəsi məhz cənab İ.Əliyevin apardığı düzgün siyasət nəticəsində azad edildi.

“Xocalı Soyqırımını Tanıtma”ictimai birliyi sədrinin müavini, müharibə veteranı Çingiz Bayramov, Birliyin fəal üzvləri-Xocalı rayonunun Daşbulaq kəndindən məcburi köçkün İlqar Məmmədov, Türkanə Səfərova, Şahpəri Dadaşova, Aynurə Rüstəmova, Zakir Məmmədov Prezident İlham Əliyevi doğum günü ilə əlaqədar təbrik etdilər. Ə.Quliyev adına Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Gülsüm Məhərrəmova işğaldan azad edilən dədə-baba torpaqlarımızda tədricən həyatın əvvəlki axarına düşəcəyini qeyd etdi.Bildirdi ki, çox istərdim ki, laçınlı olaraq mənə cənab İlham Əliyev və xanımı, Ölkənin Birinci Vitse-Prezidenti Mehriban Əliyevanı Laçında qarşılamaq nəsib olsun.

Daha sonra  Ə.Quliyev adına Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivi maraqlı musiqi nömrələri ilə çıxış etdilər.Mehriban Mərdanova, Türkanə Məmmədova, Vüsal Əhmədovun ifasında səslənən musiqlər, həmçinin, “Şuşa fatehləri” kompozisiyası alqışlarla qarşılandı.

                                 Ayna Rüstəmova,

ADPU-nun nəzdində fəaliyyət göstərən Pedaqoji Kollecin I kurs tələbəsi.

           Bakı, 24.12.2021.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code