Rusiya radioaktiv silahları İŞƏ SALIR: “Hər kəsi kül edərik”

0
14

“Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Vladimir Putinin sözçüsü kimi tanınan Dmitri Kiselyov ABŞ və Avropanı qorxuya salan açıqlamalar verib.

Medonline.az xəbər verir ki, D.Kiselyov bildirib ki, Rusiya hər kəsi radioaktiv külə çevirməyə hazırdır.

“Rusiya silahlarını qərar qəbuletmə mərkəzlərinin yaxınlığında yerləşdirməklə dərhal cavab verməyə hazırlaşır. Biz qarşı tərəfə bundan qaçmağın və təhlükə yaratmamağın yolunu təklif edirik, əks halda Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır” – Kiselyov qeyd edib.

 

Rusiyanın istədiyini əldə etmək üçün hər vasitəyə əl atmağa və hər cür nəticələrə hazır olduğunu deyən Kiselyov “21-ci əsrdə heç vaxt belə ciddi risklər olmayıb. Qeyri-standart vəziyyətlər qeyri-standart yanaşmalar tələb edir. Əlimizdə çox güclü kartlar var” – deyə əlavə edib.

Rusiyanın qırmızı xətlərini müdafiə etmək üçün güc tətbiq etməyə 100% hazır olduğunu qeyd edən D.Kiselyov bunun ölkəsi üçün “ölüm-qalım məsələsi” olduğunu vurğulayıb. Ukrayna ilə bağlı suala isə “Bəlkə də həqiqətən NATO ilə müharibənin astanasındayıq” deyib: “Əgər Ukrayna NATO-ya daxil olarsa və ya NATO orada hərbi infrastruktur inkişaf etdirsə, biz Amerikanın başına silah çəkəcəyik. Bizim bunun üçün hərbi potensialımız var”.

Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə minlərlə əsgər və hərbi maşın yığaraq Avropa və NATO ilə müharibəyə hazırlaşdığı iddia olunur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code