Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Soçidə və dekabrın 14-də Aİ Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistanla Azərbaycan arasında avtomobil əlaqəsinin bərpa olunmasına dair Azərbaycanla razılıq əldə etmək imkanı yaranıb.
Medonline.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Tbilisidə Ermənistan-Gürcüstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında deyib.
N.Paşinyan bildirib ki, həm də Azərbaycan Prezidenti İlham Əliyevlə dəmiryol əlaqəsinin bərpa olunması barədə prinsipcə razılıq əldə edilib.