“Omikron” ştamının qeyri-adi simptomları AŞKARLANDI

0
23

Britaniyalı tədqiqatçılar “Omikron” ştamının bugünədək rast gəlinməyən qeyri-adi simptomlarını aşkarlayıblar.

Medonline.az xəbər verir ki, bu barədə “RIA Noviosti” məlumat yayıb.

Bildirilib ki, alimlər bu ştamı əvvəlkilərdən fərqləndirən xüsusiyyətlər nümayiş etdiriblər. Məlum olub ki, Londondan olan COVID-19 xəstələrinin hesabatlarına görə, omikronun ən çox görülən simptomları burun axması, baş ağrısı, yorğunluq, tez-tez asqırma və boğaz ağrısıdır.

“Local Express” mətbu orqanının jurnalistləri az rast gəlinən qeyri-adi infeksiya əlaməti kimi yuxusuzluq və iştahsızlığı göstəriblər.

Tədqiqatçıların fikrincə, Milad bayramına qədər Britaniyada “omikron” ştamı üstünlük təşkil edəcək. Onlar həmçinin deyiblər ki, COVID-19-un bu variantının rastgəlmə tezliyi heç vaxt qeydə alınmadığından daha yüksək olacaq.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code