Bakıda evdən qaçan 13 yaşlı qız görün hardan tapıldı… – ŞOK FAKTLAR

0
50

Bu ilin mart ayında Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 13 yaşlı Anjela Dadaşovanın (şərti adlı) itkin düşməsi barədə xəbərlər yayıldı.

 Medonline.az xəbər verir ki, itkin düşdükdən bir neçə gün sonra tapılan məktəbli qız ailəsinə təhvil verildi.

Həmin vaxt qızın haradan tapıldığı açıqlanmasa da, sonradan hadisənin təfərrüatları məlum olub və evdən qaçan Anjela ilə tanış olan, onu tanışının evinə aparan və burada məktəbli qıza qarşı seksual xarakterli hərəkətlər edən Şəki sakini, 1989-cu il təvəllüdlü Elbrus Həbibov barəsində cinayət işi açılıb.

Belə ki, təsadüf nəticəsində Anjela ilə tanış olan və onunla münasibət quran evli, 2 uşaq atası olan Elbrus barəsində Cinayət Məcəlləsinin 152.2-ci (14 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə iş açılıb.

İstintaq zaman məlum olub ki, bu il 1 fevral tarixində Elbrus taksi kimi fəaliyyət göstərdiyi “Mercedes E class” markalı avtomobillə axşam saat 20 radələrində hərəkətdə olarkən Suraxanı qəsəbəsində dayanacaqda oturmuş qızı görüb. O, maşını saxlayaraq qızla maraqlanıb. 13 yaşlı Anjela evdən qaçdığını, anası Viktoriya ilə yola getmədiyini deyib. Bundan sonra o, qızı maşına mindirib və ac olduğunu bilərək ona şirniyyat alıb. Daha sonra qızdan anasının nömrəsini öyrənən Elbrus ona zəng edərək qızını tapdığını deyib. Viktoriya gələrək qızını aparıb.

 

 

Bundan sonra Elbrusla Anjela arasında münasibət yaranıb və onlar daimi yazışıb əlaqə saxlamağa başlayıblar. Bu il martın 3-də orta məktəbin 7-ci sinfində oxuyan qız yenidən evdən qaçıb və Elbrusa zəng edib. Bu dəfə Elbrus qızı tapdığı evə aparmaq qərarına gəlib və onu tanışı Yusifə məxsus olan Suraxanı rayonundakı evə aparıb. Burada o, Anjela ilə cinsi əlaqədə olmasa da, ona qarşı müxtəlif seksual xarakterli hərəkətlər edib. Taksi sürücüsü evli olsa da, subay olduğunu deyərək Xırdalanda ev tutacağını, Anjela ilə evlənib daimi orda yaşayacağını deyib. Həmin gecə Elbrus orda qalmasa da, Anjelə orada tək gecələyib. Qızın anası Elbrusa zəng edərək övladını soruşsa da, o, Anjeladan xəbərinin olmadığını deyib. Martın 4-də səhər həmin evə gələn Elbrus yenidən seksual xarakterli hərəkətlər edib. Bu zaman məktəbli qız ona cinsi əlaqədə olmaq istəmədiyini deyib. Daha sonra o, evi tərk edib. Bir qədər sonra isə mənzilə gələn polis əməkdaşları Anjelanı taparaq bölməyə aparıblar.

Bundan sonra azyaşlı qız Elbrus barəsində polisə şikayət edib. Martın 6-da Elbrus Həbibov həbs edilib, lakin 2 ay sonra məhkəmə onun ev dustaqlığına buraxılmasına qərar verib. İstintaq zamanı sərbəst buraxılan Elbrus Həbibov məhkəmə prosesinin yekununda yenidən həbs edilib. Belə ki, Anjela Dadaşova ondan şikayətçi olduğunu bildirib. Məhkəmənin hökmü ilə E.Həbibov məhkəmə zalındaca həbs edilərək 2 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code