Məşhur azərbaycanlı həkimdən SENSASİON MÜSAHİBƏ: Çörəyi və bu qidaları yeməyin, yoxsa…

0
13

– Arıqlamaq istəyən insan ilk növbədə köhnə vərdişləri bağlayıb özü üçün yeni həyat tərzi yaratmalıdır. Ümumiyyətlə, arıqlamağın 5 əsas əvəzolunmaz qanunları var:

Birincisi, gündəlik içilən suyun miqdarını artırın.

İkincisi, təzə və lifli meyvə-tərəvəzlərdən istifadə edin.

Üçüncüsü, hər gün heç olmasa, 1 saat hərəkətdə olun, məşqlər edin. Bu hərəkətlər mütləq təmiz havada, bol oksigenli mühitdə edilməlidir. Niyə? Müəyyən olunub ki, oksigenli mühitdə bədənimiz oksigenin təsiri ilə detoks olunur, nəinki qapalı mühitdə.

Dördüncüsü, yuxuya mütləq nəzarət edin. Vaxtında yatıb, vaxtında da durun. Araşdırmalar göstərir ki, yuxu rejiminə əməl edən insanlar yuxuda arıqlayır. Bu, leptin – doyma hormonu hesabına baş verir. Gec yatan insanlarda gerlin – “canavar hormonu” sintez olunur. Biz bu hormon hesabına kökəlirik. Bu insanlar gec saatlarda soyuducunun qapısını açıb əlinə keçəni içəri ötürür.

Beşincisi, stress, əsəb, depresiyya və fobiyalardan mümkün qədər uzaq qalın.

Arıqlamaq istəyən insanlar sadaladığım bu 5 əsas qaydanı özünə aşılamalıdır. Özündə yeni qidalanma mədəniyyəti formalaşdırmalıdır.

Artıq çəki beyin toxumalarını və hüceyrələrini məhv edir

– Azərbaycanda piylənmə ən çox hansı yaş qrupları arasında müşahidə olunur?

– Əvvəllər piylənməyə daha yetkin yaşlarda rast gəlinirdi. Qidalanma, ətraf mühit və yaşam tərzi, geni dəyişdirilmiş qidaların istehsalı və s. ilə bağlı olaraq artıq 6-7 yaşlı uşaqlarda da piylənmə gedir. Şəxsi təcrübəmdə rast gəlirəm ki, bu uşaqlar öz normal çəkilərindən qat-qat yuxarıdır. Belə uşaqlar böyüdükcə artıq çəkidən daha çox əziyyət çəkməyə başlayırlar. Hamı bilir ki, artıq çəki bütün xəstəliklərin başında durur. Bu da yeniyetmələr arasında şəkərli diabet və insulin dirəncinin artmasına, bağırsaq problemlərinin və oynaq xəstəliklərinin yaranmasına, onurğa və ürək-qan damar xəstəliklərinə, baş ağrılarına, allergiyaya və qlütenlə əlaqədar olaraq allergik fonda dəyişikliklərə, hətta xərçəngə səbəb ola bilir. Ən azından bu risk faktorlarının artmasına gətirib çıxarır.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code