Səbinə Xasayeva görüş keçirib

0
33

 

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə  inzibati ərazı dairəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı  fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

Qəbulda iştirak edən vətəndaşlardan Elnur İsmayılov, Qədir Məmmədzadə, Rizvan Mustafayev, Ziya Əhmədov, Rafayıl Mustafayev, Bəhram Salahov, Eldar Əliyev,Tələt Məlikov, İlham Saniyev,Əkbər Mahmudov və Mahirə Həsənova yaşayış binaları həyətlərinin abadlaşdırılmasının,uşaq və gənclərin asudə vaxtlarının səmərəli keçirmələri üçün həyətlərdə abadlıq işlərinin aparılmasının,Yeni Yasamalın ərazisində (“Qismət” şadlıq sarayının yanında olan yeganə  ödənış termınalı işləmir)  ödəniş terminallarının sayının artırılmasının,yaşayış ərazisindən 20 Yanvar dairəsi  istiqamətində (bu istiqamətdə hərəkət edən 211 və 94 nömrəli avtobuslar Sədərək Ticarət Mərkəzinə xidmət göstərdiklərinə görə günün  səhər və axaşam vaxtları  sərnişinlərin hədsiz coxluğundan vətəndaşlar bu marşrutlardan tam yararlana bimir və əsasən taksi xidmətindən istifadə etməyə məcbur olurlar) hərəkət edən yeni avtobus marşrut xəttinin açılmasının,Dadaş Bünyadzadə küçəsinin asfaltlaşdırılmasının, 286 saylı tam orta məktəb istiqamətində piyada səkilərinin yenidən qurulmasının və bərpa edilməsinin,əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, əhalinin sosial təminatının və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

 Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və  Yasamal rayonun icra hakimiyyəti başçısının 4 saylı sahə  inzibati ərazı dairəsi nümayəndəsinin müavini Hüseyn Abdullayev iştirak etmişlər.

Medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code