Qənirə Paşayeva şəhid Feyruz Hacılının anası ilə görüşüb

0
94

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Vətən Müharibəsinin şəhidi, Vətən Müharibəsinin şəhidi Feyruz Hacılının anası Həbibə xanımla görüşüb.

Komitə sədri, şəhidin anasını dinləyib, öz ürək sözlərini bölüşüb:

“Əziz anamız,

Siz, Vətən uğrunda öz canını qurban vermiş mərd oğulun anasısız. Bu il ilk dəfə qeyd etdiyimiz Zəfər Günü Bayramı və işğalçı düşmən üzərində qələbənin birinci ildönümü münasibəti ilə təbriki, qüruru ən çox siz şəhid anaları haqq edirsiz. Sizə çox minnətdarıq! Şəhidimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Şəhid oğlunuz Azərbaycan Prezidentinin Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. O, həmçinin “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidlərimizi heç zaman unutmayacaq, həmişə dərin minnətdarlıqla xatırlayacağıq”.

Komitə sədri şəhidin anasına Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.

Görüşdə RHİM İB sədri Arzu Bağırova, “Nəfəs” İB sədri Firəngiz Balakişiyeva iştirak edib.

Qeyd edək ki, Feyruz Bəhruz oğlu Hacılı 03 aprel 1994-cü ildə Bakı şəhərində anadan olub. O, orta təhsilini 286 saylı tam orta məktəbdə alıb.

Məktəbi bitirdikdən sonra Tibb Universitetinə daxil olub. 2020-ci ildə Vətən Müharibəsi zamanı döyüşlərdə iştirak edib 17 oktaybr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

Təhsil aldığı orta məktəbin və yaşadığı binanın önünə şəhidin xatirə lövhəsi vurulub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code