Milli Məclisin deputatı Səbinə Xasayeva Korgöz qəsəbəsində bir qrup vətəndaşı qəbul edib.

0
77

       12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə deputat Səbinə Xasayeva Qaradağ rayonunun Korgöz  qəsəbəsində karantin qaydaları və sanitar-gigiyenik normalara uyğun olaraq bir qrup vətəndaşı  fərdi qaydada qəbul etmiş, onların problemlərini dinləmişdir.

     Qəbulda iştirak edən vətəndaşlardan Əli  Qulamhüseynov, Vahid Əlicanov, Mirdamət Qasımov, Yusif Məmmədəliyev, Üzeyir Mirzəliyev, Seyfəddin  Əhmədov, İlqar Ağaəliyev, Nərgiz Vəzirova, Mehriban Abbasova, Zərifə Eyyubova, Gülər Məlikova, Həlimə Soltanova, Şəlalə Abbasova, Zəminə Məmmədova və Zivər Mirzəlıyeva qəsəbədə fərdi evlərin sənədləşdirilməsinin, məhəllədaxili yolların asfaltlaşdırılmasının və işıqlandırılmasının, kanalizasiya xəttinin çəkilməsinin başa catdırılmasını, sayı artmış sahibsiz itlərin toplanılması və xəstəlikərə qarşı peyvənd edilməsinin, əhalinin məşğulluğu üçün yeni iş yerlərinin yaradılmasının, əhalinin sosial təminatının və  digər məsələlərin vacibliyini xüsusi ilə qeyd etmişlər.

Müvafiq qurumlara təqdim etmək məqsədilə vətəndaşların müraciətləri millət vəkili Səbinə xanım Xasayeva tərəfindən nəzarətə götürülüb.

    Qəbulda Milli Məclisin deputat köməkçisi Bayram Məmmədov və Qaradağ rayon Korgöz  bələdiyyəsinin sədri Rövşən Əbdülbağiyev iştirak etmişlər.

                        

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code