Qazı ən ucuz İrana, ən baha İtaliyaya satırıq

0
44
Azərbaycan bu ilin 10 ayında 2,951 milyard dollar dəyərində 14,93 milyard kub metr həcmində təbii qaz satıb. 
 
XəzərXəbər bildirir ki, təbii qazın orta satış qiyməti 197,6 dollar olub. 
 
Azərbaycan 6 ölkəyə qaz ixrac edir və satılan qazın qiyməti ölkələr üzrə fərqlidir. 
 
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ən baha qazı Yunanıstan və İtaliyaya, ən ucuz qazı İrana satırıq. 
 
Yunanıstana satılan qazın min kub metrinin qiyməti 326 dollar, İtaliyaya satılan qazın qiyməti 317 dollar təşkil edib. 
 
İrana satılan qazın qiyməti isə 38 dollar olub.  
  
İrandan sonra ən ucuz qaz Gürcüstana (124 dollara), Bolqarıstana (153,4 dollar) və Türkiyəyə (154 dollara) satılıb. 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code