Gülsüm Məhərrəmova: “Qarabağ şikəstəsi xatirələrimin açarıdır “

0
198

Qarabağ dünənin kədəri, bu günün isə ən böyük sevincidir. İllərdi həsrətini çəkdiyi insanlar qədər bu hissləri heç kim duya bilməz. 30 il keçməsinə baxmayaraq, doğma torpaqlarımızın bizə qayıtmasının bəlkə də ən böyük səbəbi səbrimiz və inamımız oldu .

Müsahibimiz Əli Quliyev adına Laçın rayon 1 nömrəli Uşaq Musiqi məktəbinin direktoru Gülsüm İbrahimova ilə söhbət öz doğma yurdundan xoş xatirələrdən oldu .

-Salam , Gülsüm xanım,  xahiş edirik özünüz haqda qısa məlumat verəsiniz. 

-Mən, Məhərrəmova Gülsüm Yusif qızı 1974-cü ildə Laçın rayonunda doğulmuşam. Ailəmiz böyük olub: 4 bacı 1 qardaş olmuşuq, hamımız ali təhsil almısıq .16 yaşından Bakıdayam . Azərbaycan Dövlət mədəniyyət və incəsənət universitetini Musiqi ixtisası üzrə fərqlənmə ilə bitirmişəm (1990 -1995). 1996 -cı ildən indi direktor işlədiyim Əli Quliyev adına Laçın şəhər 1 nömrəli uşaq musiqi məktəbində müəllim kimi fəaliyyətə başlamışam. Sonra şöbə müdiri və 2014 cü ildən bu təhsil ocağında direktor vəzifəsində çalışıram . 1992- ci ildə Laçın rayonu  işğal ediləndən Bakı şəhərində fəaliyyətimi davam etdirmişəm.

-Ataniz və babanız vətənpərvər və ziyalı insan olub. Bu haqda nə deyə bilərsiz ? 

-Atam Məhərrəmov Yusif  Laçının ziyalı şəxsiyyətlərindən idi. Laçın rayon mərkəzi Xəstəxanasında rentgenoloq işləyirdi. Eyni zamanda, Laçın rayon Tibb işçilərinin Həmkarlar Təşkilatının sədri idi . Respublika Tibb işçiləri Həmkarlar ittifaqının plenum üzvü idi . Atam 1941-1945-ci Böyük Vətən müharibəsində iştirak edib .Babalarım da mənfur ermənilərə qarşı döyüşüb .Atamın ana babası Cəfər yüzbaşı Sultan bəylə birlikdə Laçında ermənilərə qarşı döyüşmüşdü.Nenem atasına patron aparanda atın belində ermənilərin atdığı güllə nəticəsində ayağından yaralanmışdır .Atamın atası Müseyib bəy dövrünün tanınmış ziyalılarından idi .Bir neçə dildə danışa bilirdi . Çox savadlı idi .Eyni zamanda qorxmaz bir döyüşçü ,sərkərdə idi. .Ermənilərə qarşı Xosrov bəy Sultanovun dəstəsində döyüşmüşdü. Azərbaycanın xilaskarlarından olan Nuru paşa ilə dost olmuşdu .Nuru paşa ilə çəkdirdiyi şəkilə görə Sibirə sürgün edilmiş və güllələnmişdir. 

-Musiqişünas olmanıza səbəb nə idi?                          

-Mən uşaqlıqdan musiqini çox sevirdim .Ailəm həkim olmamı istəsə də ,mən məktəbi bitirməyimə bir il qalmış musiqiçi olmağa qərar verdim. Musiqi ruhun qidasıdır. Sanki onda bir rahatlıq tapırıq .

-Hansi musiqini dinləyərkən 30 il əvvələ – doğma yurdunuza qayıdırsız ?

-“Qarabağ şikəstəsi”ni dinləyərkən Qarabağdakı gözəl xatirələrə qayıdırıq .Sanki Qarabağın rəsmi canlanır gözümüzdə. Mən bu musiqiyə xatirələrimin açarı deyirəm . Həqiqətən,  ruhumuzu vəsf edir, demək istədiklərmizi deyir .

-Qarabağa aid ən yadda qalan xatirəniz hansıdır ?

-Ən yadda qalan xatirəm Qarabağdakı sərin balaqlardır. Laçında “Turş su ” bulağı var . Düşünəndə sanki o sərin suyun dadın hiss edirəm .O dağlar , o gözəl meşələr, təmiz havası, səhər dağların başındakı duman hələ də bizim xoş xatirələrimizdə qalmaqdadır .

-44 günlük II Qarabağ savaşında düşmən üzərində qələbə qazandıq . Təəssüflər olsun ki,  Ermənistan Silahlı Qüvvələri və onların havadarları tərəfindən işğal edilən bəzi ərazilər hələ də azad edilməyib.  Bu barədə nə deyə bilərsiz ? 

-44 günlük müharibə 30 ilə yaxın işgal altında olan torpaqlarımızın işğaldan azad olması ilə bitdi. Bu gün Laçın rayonu işğaldan azaddır. Bu qələbə zəfərini bizə yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərlik etdiyi rəşadətli ordumuza var olun,  deyirik .”Torpaq əgər uğrunda ölən varsa, Vətəndir!”- demişlər. Torpaqlarımız şəhidlərin qanı ilə yuyuldu . Şəhidlər bu gün bizim and yerimizdir, biz,  onların ruhları qarşısında baş əyirik. Qazilərimiz bizə onların əmanətidir .Allahdan qazilərimizə can sağlığı arzulayırıq. Xatirələr yaddan çıxmır. İnanıram ki, düşmən tapdağında qalan torpağlarımız da işğaldan azad ediləcək. Bu müharibədə xalqla Prezident dəmir yumruq kimi birləşdi . Laçına qayıdacagımız günü səbirsizliklə gözləyirik . İndi orada abadlıq işləri görülür. Əsas odur ki,  torpaqlarımız daha düşmən tapdağında deyil. 

-Mümkünsə, rəhbərlik etdiyiniz Laçın rayon 1 nömrəli Uşaq Musiqi məktəbinin keçirdiyi tədbirlər haqqında məlumat verərdiniz. 

-Məktəbdə fortepiano, tar, qarmon, kamança, saz, nağara, xanəndəlik ixtisasları var. Məktəbin uşaqlardan ibarət xor qrupu, usaq və böyüklərin ansamblı yaradılıb. Sagirdlərimiz müsabiqələrdə iştirak edir. Böyük tədbirlər təşkil edirik. Misal üçün, Dahi şəxsiyyət Heydər Əliyevin doğum günü, həmçinin,  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının , Silahlı Qüvvələrimizin yaradılmasının 100 illiyi, Novruz və Qurban bayramı münasibətilə hazırlanan tədbirlər böyük müvəffəqiyyətlə böyük zallarda keçirilmişdir. Tanınmış yazıçı, şair və bəstəkarlar haqqında mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. Bu il Aşıq Ələsgərin 200 illik yubileyi məktəbin saz sinfində keçirilmişdir.

-medonline.az və sabiroghlu.com saytlarının əməkdaşlarına nələri arzu edərsiz ? 

-Sizə ən birinci can sağlığı, ailə səadəti arzu edirəm . Çünki ,can sağlığı həyatda ən böyük nemətimizdir. Həmçinin, Sizə işlərinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirəm.

                        Söhbətləşdilər:

                        Şamil Sabiroğlu,

                       Leyla Fərzəliyeva.

                       01.XII.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code