Fərhad Məmmədov Fəxri xiyaban və Şəhidlər xiyabanini ziyaret etdi

0
111

Hər bir dövlətin gücü, qüdrəti müxtəlif amillərlə şərtlənir ki, burada ideoloji əsaslar müstəsna əhəmiyyət daşıyır. Bu baxımdan, vahid milli məfkurə olan azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin əsaslarının qorunması və gücləndirilməsi kontekstində əhəmiyyətini xüsusi vurğulamaq gərəkdir. Yeri gəlmişkən, 2020-ci ildə işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda aparılan Vətən müharibəsi fonunda müşahidə olunan reallıqlar bu dediklərimizi bir daha təsdiqləyir. Ötən il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı bir yumruğa çevrilərək bütün sferalarda düşmənə qarşı mübarizədə böyük əzm nümayiş etdirdi. Bu fəaliyyətə özünəməxsus töhfələr verən xaricdə yaşayan azərbaycanlıların apardıqları mübarizə isə bu kontekstdə mühüm əhəmiyyətə malikdir.  Təbii ki, xaricdə yaşayan soydaşlarımızın vahid milli məfkurə ətrafında birləşməsində dövlətimizin diaspor siyasəti də mühüm əhəmiyyət kəsb edir.  Vətən müharibəsi zamanı Rusiyada yaşayan soydaşlarımız vətənə, millətə öz dəstəklətini göstərdilər.  Rusiyanın Moskva şəhərində yaşayan diaspora nümayəndələri Fərhad Məmmədov və Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov sözügedən prinsipləri öndə tutaraq vətənə və xalqımıza daim dəstək olub. Bu günlərdə onlar Azərbaycana səfər ediblər. Səfər çərçivəsində  44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, qazi və şəhid ailələrinə maddi və mənəvi dəstək olublar.  Diaspor fəalları ilə birgə Vətən müharibəsi iştirakçısı İlqar Məmmədov və ictimai fəal, jurnalist Türkanə Səfərova da sözügedən tədbirlərdə iştirak ediblər.

Türkanə Səfərova.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code