Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir – Migel Angel

0
56

“Sülh davamlı prosesdir. Davamlı sülh isə daimi səy tələb edir. Biz hamımız buna nail olmaq üçün bütün imkanlarımız çərçivəsində birlikdə çalışmalıyıq”.

Medonline.az xəbər verir ki, bu sözləri BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumuna videomüraciətində deyib.

Migel Angel Moratinosun sözlərinə görə, sülh mədəniyyətinin inkişafı bir-birini tamamlayan prosesdir: “Mədəniyyətlərarası və dinlərarası dialoq qarşıdurmaya qarşı mühüm alətdir. Mədəniyyət naminə sülhün məqsədi BMT-nin Sivilizasiyalar Alyansının məqsədinə uyğundur. Bizim Alyans 2008-ci ildə Bakı prosesinin də əsas dəstəkçilərindən biri olub. Mədəniyyət naminə sülh konsepsiyası bu regionda davamlı sülhə nail olmaq üçün mühüm alətdir. BMT-nin qətnaməsində mədəni irsin silahlı münaqişə zamanı dağıdılması, o cümlədən terrorçu qruplar tərəfindən daşınması, dağıdılması pislənir. Bununla yanaşı, BMT-nin Baş katibi tərəfindən 2016-cı ildən işə salınmış dini abidələrin qorunması ilə bağlı fəaliyyət planı da var. Bu da dini yerlərin universallığını qorumaq üçün nəzərdə tutulub”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code