“Laçın”ı ifa etmiş gürcü müğənni: “Mahnıya klipin Laçında çəkilməsini arzulayıram”

0
16

““Laçın” və “Sarı gəlin” Azərbaycan musiqisinin inciləridir”

Müasir Gürcüstan estradasında Veriko Turaşvili səsi və ifa tərzi ilə özünəməxsus yer tutur. “Şərəf” ordenli tanınmış müğənni Azərbaycan mahnılarından ibarət albom üzərində işləyir. O, albomu üçün müasir Azərbaycan mahnılarını deyil, ifası əcnəbi müğənni üçün heç də asan olmayan xalq mahnılarımız – “Laçın”, “Sarı gəlin” və maestro Niyazinin “Arzu” romansını seçib. V.Turaşvili üç əsəri gürcü dilində də yazdırıb.

Müğənni “Laçın” və “Sarı gəlin”i ilk dəfə Azərbaycanın Gürcüstandakı səfirliyinin 8 Noyabr – Zəfər Günü münasibətilə Tbilisidə keçirdiyi rəsmi qəbulda ifa edib. Qonaqlar mahnıları böyük maraq və rəğbətlə qarşılayıblar.

Medonline.az-“Report”un Gürcüstan bürosu müğənnidən müsahibə alıb və yeni layihəsi barədə ətraflı maraqlanıb.

Həmin müsahibəni təqdim edirik.

– Öncə, yaradıcılığınız haqqında məlumat verərdiniz…

– İlk növbədə, mənə göstərdiyiniz diqqətə görə təşəkkürümü bildirirəm. Yaradıcılığıma gəlincə, iyirmi ildir estrada sənətindəyəm. Musiqi və ifaçılıq ən sevdiyim fəaliyyətdir. Uşaqlıqdan mahnı oxuyuram, 20 illik səhnə təcrübəm var. Deyə bilərəm ki, Gürcüstanda uğurlu müğənni hesab edilirəm.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code