Beyləqanda polisə atəş açdılar: Yaralansa da, silahlı şəxsi tutdu

0
15

Beyləqanda polislər silahlı şəxsi tərksilah edib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, noyabr 29-u saat 23:00-da Beyləqan rayonu Aşağı Çəmənli kənd ərazisində xidmət aparan Rayon Polis Şöbəsinin (RPŞ) 2 əməkdaşı bir nəfər şəxsin əlində ov tüfəngi olduğunu görüb, ona yaxınlaşaraq özünü və silahın sənədlərini təqdim etməsini tələb edib.

Həmin şəxs onlara müqavimət göstərib və silahdan atəş açıb. Nəticədə polis əməkdaşlarından biri ayaq nahiyəsindən xəsarət alıb.

Buna baxmayaraq, həmin polis əməkdaşları naməlum şəxsi tərksilah edərək RPŞ-yə aparıb.

Daha sonra müəyyən edilib ki, silahlı şəxs Aşağı Çəmənli kənd sakini Eldəniz Alışovdur. Ondan qanunsuz saxladığı bir ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşına ilkin tibbi yardım göstərilib vəziyyəti yaxşıdır.

Qeyd edək ki, yaralanan polis əməkdaşı Sarvan Çıraqzadədir.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Medonline.az

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code