Azərbaycan Türkmənistan və İranla qaz sazişi imzalayıb

0
43

Gündəm30.11.2021

Gündəm30.11.2021

30.11.2021

 

Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsinə dair müqavilə imzalanıb, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.


Müqavilə Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti İbrahim Rəisi arasında keçirilən görüşdən sonra imzalanıb.

Sazişi Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İran neft naziri Cavad Oci imzalayıb.

Müqaviləyə əsasən, il ərzində Türkmənistandan Azərbaycana İran vasitəsi ilə 1,5-2 milyard kubmetr qaz nəql olunacaq.

İranın neft naziri Cavad Ovci bildirib ki, svop sazişinə əsasən, İran Türkmənistandan qaz alacaq və ekvivalent məbləği Astara sərhədində Azərbaycana çatdıracaq. Türkmənistan Azərbaycana gündə 5-6 milyon kubmetr qaz satacaq.  Noyabrın 28-də Aşqabad şəhərində imzalanan üçtərəfli müqavilə müddətsizdir və dekabrın 1-dən qüvvəyə minir. Lakin faktiki olaraq müqavilə üzrə qazın nəqlinə dekabrın 22-dən etibarən başlanacağı gözlənilir.

Ovci həmçinin bildirib ki, İran 2017-ci ilin sonunda Tehrana tədarük edilən qaza görə 1,8 milyard dollar borcunun olduğunu bildirən Mərkəzi Asiyanın Türkmənistanı ilə uzun müddət davam edən qaz borcu mübahisəsini həll etmək üçün hərəkətə keçib.

«Türkmən tərəfinə olan qaz borcunu daha əvvəl aparılmış danışıqlardan sonra aradan qaldırmaq üçün ilk taksiti tezliklə ödəyəcəyik» , — deyə nazir əlavə edib. 

İran cənubda böyük təbii qaz yataqlarına malikdir, lakin 1997-ci ildən bəri Türkmənistandan qazı şimal əyalətlərində, xüsusilə qış aylarında paylamaq üçün idxal edir.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code