“Azərbaycan Vətən Müharibəsi Veteranları” ictimai birliyinin Səbayel rayon şöbəsinin iclas salonunda xarici ölkələrdə yaşayan diaspor fəalları ilə görüş keçirildi. Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi, “20 Yanvar” ictimai birliyi və Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbiri tanınmış jurnalist, müharibə veteranı Şamil Sabiroğlu açdı.Şəhidlərin əziz xatirəsi 1 dəq.lik sükutla yad edildi. Şamil müəllim tədbirdə iştirak edən qonaqları salamladı.Dedi ki, Vətən savaşının hələlik sonuncu hesab edilən mərhələsinin uğurla başa çatmasında təkcə Silahlı Qüvvələrimizin şəxsi heyətinin deyil, həmçinin, Azərbaycan xalqının, o cümlədən, xarici ölkələrdə yaşayan diaspor fəallarının da müstəsna xidmətləri var. Bu günkü tədbirdə diaspor fəallarından ikisi iştirak edir: Rusiyanın Moskva vilayətində yaşayan Fərhad Məmməd oğlu Məmmədov və Almaniyada yaşayan Elxan İlham oğlu Qasımov. Hər 2 şəxs, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının beynəlxalq aləm tərəfindən tanınması üçün əllərindən gələni əsirgəməyib. Almaniyada doğulmuş, əslən Goranboy rayonunun Şəfibəyli kəndindən olan Elxan Qasımov 20-22 il öncə Almaniyanın 350-dən çox təhsil müəssisəsində görüşlər keçirərək Xocalı soyqırımını tanıdıb. Halbuki Azərbaycana 2021-ci ilin noyabr ayında ilk dəfədir ki gəlib, Qarabağın-Xocalının yaxşı günlərində orda olmayıb. Moskva vilayətində yaşayan Füzuli və Fərhad Məmmədov qardaşları da həmçinin, doğma Azərbaycanımızın ərazi bütövlüyünün bərpası naminə çox böyük əmək sərf ediblər. Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Dəstək kəndinin yetirməsi olan Füzuli və Fərhad Məmməd oğlu Məmmədov qardaşları hər cür hörmətə layiqdirlər.Azərbaycan Tibb Universitetinin dosenti, Medonline.az saytının Redaksiya Şurasının sədri, Əməkdar həkim, müharibə veteranı, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, medonline.az saytının Redaksiya Şurasının üzvü Kifayət Bayramova, “20 Yanvar” ictimai birliyinin sədri Sultan Əzimzadə, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ qazisi Ədalət Məhərrəmov, “20 Yanvar” ictimai birliyi sədrinin müavini, 20 Yanvar əlili Sahib Əlizadə, Qarabağ qazisi Elxan Məmmədov, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvləri-Aynurə Rüstəmova, Şahpəri Dadaşova və digər şəxslər qonaqları salamladılar.Fərhad Məmmədov və Elxan Qasımov yüksək təşkilatçılıq qabiliyyətinə görə “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Sabiroğlu və digər məsul şəxslərə öz təşəkkürlərini bildirdilər.Daha sonra xarici ölkələrdə yaşayan Azərbaycan diasporunun fəalları-Fərhad Məmmədov və Elxan Qasımova Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.Tədbir iştirakçıları Fəxri xiyabanda Dahi şəxsiyyət Heydər Əliyev və onun ömür-gün yoldaşı, akademik Zərifə Əliyevanın məzarlarını, Türk Şəhidliyi Kompleksini və Şəhidlər Xiyabanını ziyarət etdilər.
Ayna Rüstəmova.
Leyla Nadir qızı.
Fotolar Mirəli Mirəlizadə və 
Arzuman Ağayevə məxsusdur
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code