Tanınmış azərbaycanlı rəssam Abbas Kazımov Moskvada koronavirusdan dünyasını dəyişib.
Medonline.az xəbər verir ki, bu barədə Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov məlumat yayıb.
Bildirib ki, Azərbaycan Rəssamlar İttifaqının, Beynəlxalq Rəssamlar Konfederasiyasının üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Abbas Kazımov noyabrın 8-də 65 yaşında vəfat edib.