Minlərlə şəxsə ŞAD XƏBƏR – Deputat ELAN ETDİ

0
15

Bunu Medonline.aza açıqlamasında Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

Deputat bildirib ki, budəfəki amnistiya Birinci Qarabağ müharibəsindən sonra öz dədə-baba yurdlarından qaçqın düşmüş, eləcə də Qarabağdan məcburi köçkün düşmüş şəxslərə də şamil olunacaq:

“Eləcə də müharibə iştirakçılarına, əlillərə də tətbiq oluna biləcək bir amnistiyadan söhbət gedir. Şəhid ailələri, onların yaxın qohumlarına da bu amnistiyadan pay düşəcək. Düşünürəm ki, çox geniş bir amnistiya olacaq. Təxminən maddələr də məlumdur. Müharibədə iştirak edən bütün şəxslərə, eləcə də onların yaxın qohumlarına şamil ediləcək. Xocalı soyqırımının şahidləri, orada əlil olan şəxslərə də bu amnistiyadan pay düşəcək. 20 Yanvarda əlil olan şəxslərə, onların yaxın qohumlarına şamil ediləcək. İkinci Dünya müharibəsində itkin düşənlərin ailə üzvləri, eləcə də 16 yaşından yuxarı uşaqlara da şamil olunacaq. Ağır və xüsusi ağır olmayan cinayət törədənlərin hamısına bu amnistiyadan bu və ya digər dərəcədə pay düşəcək. Şərti azadlıqdan məhrum edilənləri də götürsək, təxminən 15 minə yaxın şəxs amnistiyadan yararlanacaq. Bu mənim fikrimdir. Təhlil edərkən bu qənatə gəlirəm ki, ümumən təxminən bu qədər adama amnistiyadan pay düşəcək”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code