Xəyanətdə şübhələndi, gecə 3-də gizli şəkildə keçmiş arvadının evinə girdi

0
14

Ötən il sentyabrın 6-da Tərtər rayonu, Şıxarx kəndi ərazisində kənd sakini 1990-cı il təvəllüdlü Röyalə Tağıyevanın keçmiş əri 1984-cü il təvəllüdlü Səlim Əsədov tərəfindən qətlə yetirilməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Medonline.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində Səlim Əsədov barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə adam öldürmə) maddəsi ilə açılmlış iş üzrə məhkəmə prosesində dəhşətli faktlar üzə çıxıb. Hakim İman Dadaşovun sədrliyi ilə baş tutan prosesdə S.Əsədov keçmiş həyat yoldaşının evinə özündə saxladığı açarla daxil olduğunu və onu qısqanclıq zəminində öldürdüyünü etiraf edib. O iddia edib ki, boşanandan sonra Röyalədən şübhələnməyə başlayıb:

“11 il əvvəl Röyalə ilə ailə qurmuşam, birgə nikahdan üç övladımız dünyaya gəlib. 2017-ci ilədək birlikdə yaşamışıq, bu dövrdə münasibətlərimiz yaxşı olub. Bir müddət sonra çoban işləmək üçün Şəki rayonuna getdim, lakin Röyalə mənimlə getməkdən imtina edib Şıxarx qəsəbəsində qaldı. Şəkidən qayıtdıqdan sonra Röyalənin mənə münasibətinin dəyişdiyini, məni saymadığını müşahidə etdim. Bundan sonra Röyalənin kiminləsə münasibət saxlaması ilə bağlı şübhələr oyandı. Bu səbəbdən aramızda bir neçə dəfə dava-dalaş oldu. Röyalə həmin vaxt boşanmaq üçün məhkəməyə iddia ərizəsi verdi, rəsmi qaydada boşandıq və həmin dövrdən ayrı yaşamağa başladıq. Kəlbəcərdən məcburi köçkün olduğumuz üçün dövlət tərəfindən verilən üçotaqlı evi Röyalə və övladlarıma verərək qonşuluqda yaşayan qardaşım Kərimgildə yaşamağa başladım. Röyalə boşandıqdan sonra ayrı-ayrı şəxslərə məxsus torpaq sahələrində alaq otlarının təmizlənmnəsi işi ilə məşğul olmağa başladı. İşə gedərkən uşaqları evdə qoyaraq qapını bağlayıb gedirdi. Bir dəfə Röyalə kiminləsə telefonda danışarkən ona irad bildirdim, lakin Röyalə bacısı ilə danışdığını dedi. Bu zaman ona qızının olmasını xatırladaraq pis yola düşməməsini məsləhət gördüm. Lakin Röyalə öz bildiyini etdiyinə görə, hadisədən təxminən bir ay əvvəl Röyaləni öldürmək qərarına gəldim. O, bir neçə dəfə Röyaləyə onu öldürəcəyimi də demişdim”.

İfadələrdən məlum olur ki, qətl hadisəsindən təxminən bir ay əvvəl Röyalə Daxili İşlər Nazirliyinin “102” zəng mərkəzi xidmətinə müraciət edib keçmiş həyat yoldaşından şikayət edib. Röyalənin başqa şəxslərlə münasibət saxlamasını bir neçə şəxsdən eşitdiyini iddia edən Səlim onu qətlə yetirmək üçün fürsət axtarıb. O ifadəsinin davamında deyib: “Övladlarım çox vaxt Röyalənin yanında olduğuna görə məqsədimi reallaşdıra bilmirdim. Hadisədən əvvəl Röyal uşaqlarla Bərdədən geri qayıtmışdı, mən də fəhlə kimi işlədiyim yerdən qardaşım Kərimin evinə gəlmişdim. Kərim mənə övladlarımın Bərdədən gəldiklərini dedi, mən də oğlumu görmək istəyirdim. Lakin sonra əgər Sənanı görməyə getsəm, Röyalə məndən yenə şikayət edəcəyini fikirləşdim və həmin an Röyalədən canımı qurtarmaq üçün onu öldürməyi qətiləşdiridm. Axşam Kərimlə çay içdikdən sonra yatağa uzanaraq bir az yatdım və saat 02:00 radələrində yuxudan oyandım. Bundan sonra Röyalənin yaşadığı evə daxil olaraq onu öldürməyi planlaşdırdım. Bu məqsədlə Röyalə və uşaqlarımın yaşadıqları evi təmir edərkən tapdığım qapı açarını özümlə götürdüm. Saat 03:00 radələrində evin həyətinə daxil olduqdan sonra özümlə götürdüyüm açarla qapını açıb evə daxil olmuşdu. Övladları evin giriş qapısı ilə üzbəüz yerləşən qonaq otağından sol tərəfdəki yataq otağında yatmışdılar. Röyalə isə döşəmə üzərinə salınmış xalçanın üstündə yatmışdı. Röyaləni əvvəlcə balta və ya bıçaq vasitəsilə öldürməyi fikirləşsəm də, sonradan uşaqların qan görüb qorxacaqlarını düşündüyümdən onu boğaraq öldürmək qərarına gəldim. Bu zaman Röyalə məni görüb yatdığı yerdən qalxıb qışqırmaq istədi. Onun ağzını tutdum, sağ əlimilə boğazından yapışıb yerə yıxdım. Bundan sonra Röyaləni yerdə əlimlə boğmağa başladım. Röyalənin başının altındakı yastığı çəkib onun üzünə qoyaraq sıxdım. Röyalənin ölməsinə əmin olduqdan sonra meyiti üzü üstə çevirib qardaşım Kərimin evinə gedərək yatdım”.

Məhkəmədə ifadə verən qətlə yetirilmiş qadının övladı atası ilə anasının daim dalaşdığını deyib:

 

“Atam anama qarşı həmişə çox kobud davranırdı, hətta mənim və bacılarımın yanında anamı döyürdü. Hadisə baş verən gecə anamn qışqırıq səslərinə yuxudan ayılıb digər otağa keçdim. Bu zaman atamın anamın üzərində oturaraq əlləri ilə onu boğmasını gördüm. Atam məni görən kimi dayandı və “Sən burada neynirsən? Get yat!” dedi. Mən də qorxub yatdığım otağa getdim. Bu zaman bacımın da oyaq olduğunu gördüm. Bacıma atamın anamı döydüyünü dedim. Bacım isə “Yataq, sonra bizi də döyər” deyə cavab verdi. Daha sonra biz yatmaq istəsək də, anamızın qışqırıq səsləri yatmağımıza mane oldu. Bundan bir qədər sonra anamın iş yoldaşları Nuranə və Məruzə qapını döyərək anamı səslədilər. Anası hər gecə saat 03:00-04:00 radələrində alaq eləmək üçün işə getdiyindən iş yoldaşları onu aparmağa gəlmişdilər. Bir müddət sonra isə evə xalam Tutu və polis əməkdaşları gəldilər. Bildik ki, atam Səlim anamızı öldürüb”.

Qətlə yetirilən 30 yaşlı qadının bacısı isə ifadəsində bildirib ki, Röyalə uşaqlarını sahələrdə alaq təmizləməklə dolandırıb, Səlim ona heç bir dəstək verməyib. əksinə dam döyüb və kobud davranıb. Boşansalar da, Səlim keçmiş həyat yoldaşını ölümlə hədələdiyi üçün o, bacısını öz evinə apararaq 1 ay saxlayıb. Lakin Röyalə bacısına yük olmamaq üçün 1 aydan sonra yenidən Şıxarx qəsəbəsindəki evə qayıdıb və bundan 2 gün sonra keçmiş rəi tərəfindən öldürülüb: “Röyalənin heç kimlə münasibəti olmayıb. Səlim onun sahədə alaq təmizləməsini istəmirdi, həmişə öldürəcəyi ilə hədələyirdi. Ona ən ağır cəzanın verilməsini istəyirəm”.

Məhkəmənin hökmü ilə Səlim Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli müəssisədə çəkməsinə qərar verilib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code