Qənirə Paşayeva Daşkənddəki Mədəniyyət Universitetinin rektoru ilə görüşüb – FOTOLAR

0
13
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Daşkənd Mədəniyyət Universitetinin rektoru, professor İbrahimm Yuldaşovla görüşüb.

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistanda keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində baş tutan görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. 
Universitetin rektoru, professor İbrahim Yuldaşov 4 il öncə Azərbaycan Mədəniyyət Mərkəzi ilə imzalanan memorandumun uğurla icra olunduğunu, burada Q.Qarayev adına Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzinin yaradıldığını xatırladıb.
Komitə sədri Azərbaycan-Özbəkistan mədəni, elmi və təhsil sahəsindəki əlaqələrinin zəngin tarixi olduğunu, dövlətlərimiz müstəqillik qazandıqdan sonra bu sahədə daha yeni imkanla yarandığını vurğulayıb: “Bu il Azərbaycan və Özbəkistan öz dövlət müstəqilliklərini bərpa etməsinin 30-cu ildönümünü qeyd edir. Bu 30 ildə xeyli məsafə qət edilsə də, etiraf edək ki, daha çox iş görmək imkanları da var. Bu imkanları hər bir azərbaycanlı və özbək elm, təhsil xadimi, millət vəkili və əlaqədar qurumların yetkili şəxsləri dərindən qiymətləndirəcək deyə inanıram.
İştirakçısı olduğumuz Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin yüksək səviyyədə təşkili bir daha sübut edir. Müəllifi olduğum “Addım-addım Özbəkistan” kitabında bu barədə duyğu, düşüncə və fikirlərimi bölüşməyə çalışmışam. Kitabın özbək ədəbi, elmi ictimaiyyətində maraqla qarşılanmasını görməkdən çox məmnunam.
Sizin universitetlə Azərbaycanın uyğunprofilli qurum-quruluşları ilə, ilk növbədə Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti ilə əlaqlərin genişlənməsi Milli Məclisin Mədəniyyət Komitəsi olaraq bizim üçün də maraqlıdır.
Bir daha bizlərə göstərdiyiniz yüksək qonaqpərvərlik üçün sizlərə, sizlərin timsalında özbək elm, təhsil və mədəniyyət ictimaiyyətinə təşəkkür edirəm”. Azərbaycan Respublikası Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərində iştirak etməkçün Daşkənddəki Sənət və Mədəniyyət İnstitutundakı (SMİ) Qara Qarayev adına  Azərbaycan Mədəniyyəti və İncəsənəti Mərkəzini ziyarət edib.
Q.Paşayeva mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, İnstitutun professor-müəllim heyəti və fəal tələbələri ilə görüşüb, qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıb.
Komitə sədri Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə yaradılan mərkəzdə dahi bəstəkar Qara Qarayevin yaradıcılığına dair materiallarla yanaşı, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı yüksək qiymətləndirib: “Mərkəzlə tanışlıqdan çox şadam. Burada kitabların, milli geyim və musiqi alətlərinin, milli suvenirlərin, rəsmlərin, görkəmli musiqiçilərimizin portretlərinin yerləşdirilməsi yaxşı haldır. Mərkəzə gələnlərin burada Azərbaycan bədii filmlərinə tamaşa edə bilməsi, milli musiqimizi dinləyə bilməsi də yaxşı haldır.
Mərkəzin təşkilində, onun zənginləşməsində əməyi olan hər kəsi alqışlayır, təşəkkür edirəm. Sizlərə, əziz özbək qardaş-bacılarımız, təşəkkür edirəm ki, qara Qarayev adına mərkəzə maraq göstərir, ziyarət edir, öyrənir və öyrədirsiz. Çox sağ olun”!
Q.Paşayeva və onun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin üzvləri  mərkəzə müxtəlif kitablar, Azərbaycan mədəniyətini və tarixini əks etdirən materiallar bağışlayıb.

 

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code