Mətanət İsgəndərlinin gəlini canlı yayımda ELƏ SÖZLƏR DEDİ Kİ… – “Balışla boğmağa çalışırdı”

0
7

Xəbər verdiyimiz kimi, dünən Əməkdar artist Mətanət İsgəndərlinin nəvələrini ananın, yoxsa atanın himayəsinə verilməsi ilə bağlı məhkəmə olub.

Medonline.az xəbər verir ki, məhkəmə artıq uşaqların kimdə qalmasına dair rəsmi qərar verib.

Bu barədə Əməkdar artistin keçmiş gəlini Canana İnstaqramda məlumat verib.

O, məhkəmənin qarşısında canlı yayım açıb və ağlayaraq qərarın ədalətsiz olduğunu deyib:

“Bu da ədalətsiz məhkəmə. Vəkilim Namiq Hacıyev belə haqsız qərara mane ola bilmədi. Hakim Etibar Mustafayev “Bilmirik nəyə görə atamızı seçməliyik, o, bizi balıq yeməyə aparacaq” deyən uşaqları indidən rüşvətə öyrədən atanın yanında saxlamaqla bağlı qərar verirsə, o hakim nəyə görə bu vəzifədə qalmalıdır. Ana olaraq hüquqlarımın tapdanmasına yol verməyəcəm. Cəmiyyətimizə sağlam və yararlı övlad yetişdirmişəm, ədalətsiz qərarlara görə körpələrim psixoloji travma alır. Yəqin ki, səsimə səs verənlər olacaq. Övladlarımla nəfəs alıram, onlara hər şeyim qurbandır. Uşaqlara baxan köməkçi də uşaqlarla birlikdə gedib, yaşlı qadındır, zəng vurub deyir ki, baxa bilmirəm”.

Müğənninin keçmiş gəlini canlı yanımda bildirib ki, azyaşlı qızına zorakılıq tətbiq olunub:

“Pandemiyada Mətanətin qızı gəlib bizdə qalırdı, yollar bağlandığı üçün Türkiyəyə gedə bilmirdi. O, anası ilə 11-ci, biz də 3-cü mərtəbədə qalırdıq. Heç yerə gedə bilmirdik deyə qızım nənəsigilin yanına getmək istəyirdi. Qımızı tez aşağı yola salırdılar, rahatlıq istəyirdilər. Ondan sonra qızım ağlamağa başladı. Atası dedi ki, mızıldanma. Mən mətbəxdə qab yuyurdum, sonra qızımın səsi kəsildi. Gəlib gördüm ki, balışla qızımı boğmağa çalışırdı. Atası az qalırdı ki, qızımı öldürsün”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code