Müharibənin görünməyən qəhrəmanları erməni terrorundan danışır

0
10

44 Günlük vətən savaşında Ermənistan silahlı qüvvələri ölkənin ikinci böyük şəhəri olan Gəncə şəhərini bir neçə dəfə ağır artilleriyadan atəşə tutdu. Bu zaman şəhərin müxtəlif ərazilərində dağıntılar və yanğınlar qeydə alındı. Düşmən tərəfindən atılan mərmi və raket zərbələri nəticəsində yaranan dağıntı və yanğınların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, zərərçəkmişlərin xilas edilməsi və təxliyəsini onlar həyata keçirirdilər. Söhbət arxa cəbhənin qəhrəmanları olan FHN-nin əməkdaşlarından gedir. Elgün Nağdalıyev qurumun Gəncə Regional Mərkəzinin, Xüsusi Xilas etmə hissəsinin xilasedicisidir.

Elgün deyir ki, hadisələrin gecə saatlarında baş verməsi xilas etmə işində bir qədər çətinliklər yaradıb. Ancaq, bütün çətinliklərə baxmayaq öz fəaliyyətlərini layiqincə yerinə yetiriblər. Dağıntılar altında qalanları xilas ediblər.

Qəhrəmanımız deyir ki, o gecəni sözlə ifadə eləmək mümkün deyil. Çox ağır gecə idi. Yeganə məqsəd dağıntılar altında qalan zərər çəkmişləri sağ çıxarmaq idi.

Həmin günlərdə fədakarlıq göstərənlərdən biri də FHN-nin Gəncə regional mərkəzinin Xüsusi Xilas etmə hissəsinin xilasedicisi Zabil Abdullayevdir. Zabil deyir ki, hadisənin gecə saatlarında baş verməsinə baxmayaq hamı insanları xilas etməyə tam hazır idi. Düzdü uçqun çox olduğundan çətinliklərlə üzləşiblər, amma xilaskarlar insanları xilas etmək üçün əllərindən gələni ediblər.

Müsahibimiz deyir ki, bizim üçün ağır olan gün oktyabrın 11-i və 17-si oldu. Çünki həmin vaxtı raketin yaşayış evini üstünə düşdüyündən dağıntılar çox idi. O gecənin qaranlığında dağıntılar altında kömək gözləyənlərin içində körpələrin də olması bizim üçün hadisənin acısını artırırdı.

Qeyd edək ki, cəbhədən kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə ümumilikdə 8 dəfə Ermənistan tərəfindən ağır artilleriya və raket zərbələri ilə atəşə tutulub. Oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Gəncənin məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulması zamanı dinc sakinlərin sıx yaşadığı ərazilərdə 1-i körpə, 5-i uşaq və yeniyetmə, 10-u qadın olmaqla 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb. Düşmənin Gəncədə və Bərdə törətdikləri terrorun qisasını müzəffər Azərbaycan ordusu cəbhədə alırdı.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code