Azərbaycan Dövlət Pedaqoji Universitetində 14 qrup distant təhsilə keçib. Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov bildirib.
Onun sözlərinə görə, Universitetdə 8 fakültənin hər birində tələbələr arasında koronavirus infeksiyasına yoluxma var: “14 qrupun hər birində 1 tələbə yoluxduğu üçün həmin qruplar distant təhsilə keçib”.