Mətanət İsgəndərlinin gəlini OD PÜSKÜRDÜ: Elə bilirsiniz, pulunuz və adamınız var deyə.

0
17

Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana qayınanasının “Günün sədası” proqramında onun haqqında dediklərinə cavab verib.

Medonline,az xəbər verir ki, anasının qəbrini ziyarət edən Canana oradan video yayımlayaraq Əməkdar artistin onun ünvanına səsləndirdiyi ittihamların əsassız olduğun, ailəsinin dağılmasında zərərçəkən tərəfin özü olduğunu deyib.

Canana övladlarının əri Kərimdə qalmaması üçün axıra kimi mübarizə aparacağını bildirib: “Haqsızlıqdır! Kim mənim 3 uşağımı əlimdən ala biləcək? Bəs siz deyirdiniz qanun var, uşaq anadan başqa heç kəsdə ola bilməz! 12 yaşındakı uşağı almaq olar, amma 5, 8 yaşındakı uşağı necə ala bilərsiniz anasından? Mənim evim yoxdur deyə uşaqlarımı məndən alacaqsan, Mətanət İsgəndərli? Sən bunu görməyəcəksən!

Mən övladlarımdan ayrı yaşaya bilmərəm. Balalarımdan ötrü nə qədər əziyyət çəkmişəm. Siz onları atıb Moskvaya getdiniz. Sən mənə zülm verdin, amma lazım gəldi, pəncərə də sildim, övladlarıma baxdım. Elə bilirsiniz, sizin pulunuz və adamınız var deyə hər istədiyinizi edəcəksiniz? Mən anayam, göz yaşlarım yerdə qalmayacaq!

Qeyd edək ki, ötən gün Mətanət İsgəndərli gəlini Canana üçün hər şəraiti yaratdığını, lakin onun imtina edərək azad yaşamaq istədiyini, buna görə də oğlu Kərimdən boşanmaq qərarına gəldiyini bildirib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code