İtkin düşən daha bir hərbçimizin NƏŞİ TAPILDI – RƏSMİ AÇIQLAMA

0
6

Baş Prokurorluq itkin düşmüş daha bir hərbi qulluqçunun nəşinin tapılması ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, məlumatda deyilir:

“Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, itkin düşmüş daha bir hərbi qulluqçunun –gizir Əliyev İxtiyar İlqar oğlunun meyiti tapılaraq şəxsiyyəti müəyyən edilmiş, növbəti gün ərzində meyitin ailə üzvlərinə verilməsi təmin ediləcəkdir”.

Qeyd edək ki, İ.Əliyev ötən il oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib və sonradan ondan xəbər alınmayıb.

Mərhum ailəli idi, övladı yoxdur.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code