Rusiyanın işğal etdiyi bu Ukrayna şəhərində “COVID-19”-dan ölənlər çuvallarda saxlanılır…

0
8
Ukraynanın Rusiyanın faktiki işğalı altındakı Donetsk şəhərində “COVID-19”-dan ölüm nisbəti o qədər yüksəkdir ki, xəstəxanalarda ölənlərin cənazələrini saxlamaq üçün yer tapılmır, morqlar dolub.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu haqda “Faşik Donetskiy” telegram- kanalı məlumat və video yayımlayıb.
 
Videoda yerli həkimlərin xəstəxanada sayı hədsiz çox olan mərhumların cəsədlərini köçürməsi görüntülənib. Ölülərin cəsədlərinin sözün əsl mənasında  qoymağa heç bir yer yoxdur və onlar, sadəcə, dəhlizlərdə yaşıl torbalarda yığılırlar.
 
Şərhlərdə istifadəçilər yazırlar ki, ən sadə sanitariya və epidemioloji standartlara riayət olunmadığı üçün “COVID-19”-dan xəstələnmə və ölüm hallarının sürətlə artması qondarma separatçı “respublika” rəhbərliyinin günahıdır.
 
PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code