Operativ Qərargah məlumat yaydı – ÖLƏNLƏR VAR

0
9

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Publika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib. 12 452 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, bu günə qədər isə ümumilikdə 4 958 312 test icra olunub.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code