Ərdoğandan SƏRT XƏBƏRDARLIQ: “Artıq səbr kasamız daşdı”

0
8

“Suriyadan qaynaqlanan terror təhdidləri ya burada aktiv olan qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla aradan qaldırmaqda qərarlıyıq. Lazımlı addımları atacağıq”.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra çıxışı zamanı deyib.

“Artıq Suriyadan ölkəmizə qarşı terror hücumlarının mənbəyi olan bəzi yerlərə səbrimiz qalmayıb. Bu bölgələrdən yaranan təhdidləri ya orada fəaliyyət göstərən qüvvələrlə birlikdə, ya da öz imkanlarımızla ortadan qaldırmaq əzmindəyik. “Fərat Qalxanı” əməliyyatında polislərimizə edilən son hücum və torpaqlarımızı hədəf alan təcavüz artıq səbr kasamızı daşdırıb”, – Türkiyə lideri xəbərdarlıq edib.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code