Şəhid Ümüd Xəncəlov yad edildi!

0
100

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsinda Ölkəmizin şimalında yaşayan sakinlərin də xüsusi rolu oldu. Bu mənada Qusar rayon sakinləri öndə gedirlər, desək yanılmarıq. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən II Vətən savaşında düşmən üzərində tarixi qələbənin qazanılması naminə Qusar sakini Ümüd Radif oğlu Xəncəlov da öz dəstəyini göstərdi. O, 1994-cü ilin oktyabr ayında doğulmuşdu. Ümüd, 2020-ci il oktyabr ayının 10-da qanlı döyüşlərdən birində şəhid oldu. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin Humanitar Məsələlər şöbəsinin müdiri (ictimai əsaslarla), medonline.az və sabiroghlu.com saytlarının Redaksiya Şurasının üzvü, xeyirxah insan Hacıxanım Kifayət Bayramova, Birliyin üzvləri Qurban Bayramov, Sultan Qurbanova və Elnarə Paşayeva şəhidin ölümünün 1-ci ildönümü ilə əlaqədar Qusar rayonunda oldular. K.Bayramovanın rəhbərliyi altında təşkil edilən anma mərasimi şəhid Ü.Xəncəlovun məzarını ziyarətlə başladı. Qusar rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilərin iştirak etdiyi tədbirdə Ordumuzun şəxsi heyəti arasında qusarlı gənclərin də xüsusi əhəmiyyətə malik olduğu qeyd edildi. Çıxışlarda vurğulandı ki, tarixi qələbə naminə əziz canlarından keçən ərənlər unudulmamalı, onların xatirələri daim əziz tutulmalıdır.
Daha sonra mərasim şəhid Ü.Xəncəlovun vaxtilə yaşadığı evdə davam etdirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyi tərəfindən Təşəkkürnamə Ümüdün valideynlərinə, həmçinin, anma mərasimində iştirak edən qazilərə təqdim edildi.

K.Bayramova, Q.Bayramov, E.Paşayeva, S.Qurbanova daha sonra Qusar rayonunda yaşayan qazilərdən-Radik Nurmətov, Ruslan Kübərov, İlkin Abıyev, Zamir Qədimov, Volodya Maverdiyev, Ceyhun Qasımov, Anar Ağamətov, Bünyad Sərkərov, həmçinin, Qusar rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi, Vətən müharibəsi iştirakçısı Tural Hüseynovla görüşdülər, onlara “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin İdarə Heyəti üzvlərinin ən xoş arzularını çatdırdılar.

Şamil Sabiroğlu,
Leyla Nadir qızı.
10.10.2021.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code