Azərbaycan XİN Gürcüstana başsağlığı verib

0
11

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Gürcüstana başsağlığı verib.

“Gürcüstanın Batumi şəhərində yeddimərtəbəli yaşayış binasının çökməsi xəbəri bizi çox kədərləndirdi. Hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verir, yaralıların tezliklə şəfa tapmasını diləyirik. Azərbaycan dost Gürcüstanla həmrəyliyini ifadə edir”, – qeyd olunub.

Xatırladaq ki, Batumidə binanın çökməsi nəticəsində 6 nəfər ölüb. Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri hadisə ilə əlaqədar 3 nəfərin saxlanıldığını, daha 3 nəfərin isə axtarışlarının davam etdirildiyini açıqlayıb.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code