Nazir müavini: “Postmüharibə proqramları 26 mindən çox şəxsi əhatə edir”

0
14

“Azərbaycan hökumətinin siyasətinin ana xəttini sosial siyasət təşkil edir”.

Bunu Vətən müharibəsi şəhidlərinin övladlarına həsr olunan “Hərə bir qəhrəman oldu” adlı tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli bildirib. Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsindən sonra dövlət idarəçiliyində yeni mərhələ başlayıb: “Vətən müharibəsi qəhrəmanları, şəhid ailələrinə dəstək üçün olan bir sıra mövcud proqramlar genişləndirilib və yeni proqramlara start verilib. Sosial ödənişlərin məbləği əhəmiyyətli dərəcədə artıb. Postmüharibə proqramları ümumilikdə 26 mindən çox şəxsi əhatə edir. “Məşğulluq marafonu”na da start verilib, 2100-dən vakansiya yerləşdirilib, 600-dən çox şəxs işlə təmin edilib”.

PAYLAŞ

BIR CAVAB BURAXIN

Şərhinizi daxil edin!
Adınızı bura daxil edin

*

code